Xəbər lenti
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
--Əvvəli “Ovqat.com” saytınıın 16.04.2021 tarixli sayında.
Şahsənəm ana söykəndiyi ağacdan aralanıb yaxına gəldi:
– Yox, a qardaş, bizim hardandı pulumuz, elə bir yüngülvari institut olsa, müəllimlikdən-zaddan oxuyardı. Müəllimləri Ərsəni həmişə tərifləyirlər, nə bilim, deyirlər yaxşı oxuyur.
- Müəllimliyin qiyməti elə bilirsən aşağıdır, beş-altı mindi, indi müftə şey
yoxdu, ya gərək yüksək vəzifəli adamın ola, ya da pulundan keçəsən...
Səlim daha nələr danışırdı, nə Şahsənəm ana eşidirdi, nə də oğlu Ərsən. Şahsənəm ana qulaqlarına inana bilmirdi. Qardaşı Səlim elə danışırdı ki, elə bil, bu adamları birinci dəfədir görürdü. Sanki Səlimin heç bacısının gün-güzəranından xəbəri yoxuydu. Arada Səlim evə keçdi, öz insafı daxilində bəlkə də, Ərsənin cibinə pul qoymaq, heç olmasa yüngül bir xərclik vermək istəyirdi. İçəridən boğuq səslər gəlirdi. Səlim, - gətir yüz manat verək bunlara, - dedi. Zemfira xanım çımxırdı: – pul var?.. Sənə qalsa, biz burda acından ölərik...
Səlimin çamadandan yüz manat götürüb bacısına verməyə cəsarəti çatmadı. İçəridən pörtmüş halda çıxdı. Şahsənəmin qulağı içəridə gedən danışıqları almışdı. Qardaşının bu əfi ilanın əlində yesir olduğunu, kişiliyini itirdiyini başa düşürdü. Səlim müəllim də pörtmüş, qızarmış halda evdən çıxıb özünü ərik ağacının altında qoyulmuş stula çatdırdı.
Burada qaldıqca Səlimin üzüntülü halı Şahsənəm ananın qəlbini sıxır, dərdinin üstünə dərd gətirirdi. O, qardaşı qapısına hansı ümidlər ilə gəlmişdi, indi hansı peşimançılığı çəkirdi. Daha burada qalmağın lüzumu yoxdu.
Şahsənəm ana oğlu Ərsənə işarə verdi:
- Dur, gedək a bala, avtobusun vaxtına da az qalır. Sonra qatara yubanarsan,
biletin yanar.
Səlim candərdi Ərsənə,- möhkəm ol, bacoğlu, - dedi.
Ərsən: - sağ ol, dayı, - dedi və görüşüb ayrıldı.
Şahsənəm ana çox böyük ümidlə gəldiyi qardaşı Səlimin yanından vicdanı
qarşısında xəcalət çəkə-çəkə qayıdırdı. Yolda özü-özünü neçə dəfə danladı, bədənini gah qızışma basdı, gah da soyuq tər gəldi, ürəyində danışdı, götür-qoy elədi, ancaq bir şey hasil edə bilmədi. Elə ki, özünün kasıb mənzilinə çatdı, dəmir çarpayıya uzanıb bir qədər dincini almağa çalışdı. Ərsən içəri girmədi, həyətin girişindəki səkidə oturdu, həyətdə səliqə ilə əkilmiş güllərə baxdı.
Şahsənəm ana da dəmir çarpayısında rahatlıq tapa bilmirdi. Düşünür, düşünür, düşünürdü... Bu minvalla çox uzana bilmədi. Bir qədər toxtayandan sonra əllərini dəmir çarpayının yanlarına dayaq verib “YA ALLAH” deyib ayağa qalxdı. Həyətdə hələ də səkinin üstündə oturan oğluna “indi gəlirəm” - deyib qapıdan çıxdı. Şahsənəm ana qapıbir qonşuları Qəssab Məhərrəmin qapısına yaxınlaşdı. Qəssab Məhərrəmin həyət qapısı qədim və böyük idi. Qapının hər iki tərəfində taqqülbablar asılmışdı. Taqqülbabların baş tərəfində şir başı təsvir edilmişdi. Bu, çox köhnə vaxtdan qalan usta dəmirçi işi idi. Bu yerlərdə dədə-babadan qapılara iki taqqülbab qoyardılar, biri qadınlar, digəri kişilər üçün. Şahsənəm ana nazik cingiltili səs çıxaran taqqülbabı tərpətdi. İçəridən qadın səsi gəldi:
- Gəldim, gəldim...
Qəssab Məhərrəmin arvadı qapını açıb Şahsənəm ananı gördü, evə dəvət etdi.
Lakin Şahsənəm ana içəri keçmədi, həyət qapısının ağzındaca ayaqüstü inəyi satmaq istədiyini deyib yüz manat əvvəldən əlborcu istədi. Qəssab Məhərrəm eyvanda oturmuşdu, danışılanları eşidirdi, qadınların söhbətinə müdaxilə edib dedi:
- Şahsənəm bacı, inəyi niyə satırsan, pul lazımdı verim, heyifdi satma...
- Yox, Məhərrəm qardaş, uşaq da oxumağa gedir, daha mən də tək saxlaya
bilmərəm, yaxşısı budu ki, axşam gəlib aparasınız.
- Yenə də siz bilərsiz, ay bacı, onda bu axşam qalsın, sabah müştəri taparam,
gəlib apararlar. Yaxşı inəkdi, damazlıqdı, mənim ona bıcaq vurmağa əlim gəlməz.
Qəssab Məhərrəm yaxına gəldi, yüz manat sayıb Şahsənəm anaya uzatdı. Şahsənəm ana pulu alıb yaylığının ucuna düyünlədi:
- Sağ ol, Məhərrəm qardaş...
Şahsənəm ana evə qayıdıb oğlunun paltarlarını, kitab-dəftərlərini yığışdırıb neçə il bundan qabaq rayon mərkəzindən aldığı çamadana qoydu, Qəssab Məhərrəmdən aldığı yüz manatı Ərsənin şalvarına iç tərəfdən tikdiyi cibə qoydu və tapşırdı ki, ehtiyatlı ol, pulu itirmə. Sonra bir qab su götürdü və birlikdə avtobus dayanacağına getdilər. Bu vaxtlar avtobus dayanacağında çox adam olmazdı. Belə vaxtlar hamı rayon mərkəzindən evə qayıdırdı. Tez-tələsik təsərrüfatlarına baş çəkərdilər.
Avtobus gəldi. Şahsənəm ana oğlunun boynunu qucaqlayıb hələ də körpəlik ətrini saxlayan qoxusunu ciyərlərinə çəkdi:
-Fikir eləmə, qurbanın olum, Allah kərimdi – dedi və ağladı.
Anasının inəyi satması onsuz da Ərsəni kövrəltmişdi, ağlaması isə ona daha çox təsir etdi, nə qədər çalışsa da, özünü saxlaya bilmədi, o da səssiz-səmirsiz ağladı, yanaqlarından axan aramsız göz yaşları onu boğurdu. Avtobusa mindi. Şahsənəm ana avtobusun arxasınca su atdı:
-Sağ-salamat gedib qayıdasan, ay bala! Ya Rəbbim, balamın yolunu aydın elə!
Şahsənəm ananın avtobusun ardınca atdığı bir qab su havada xırda-xırda diyircəklərə dönüb yerə səpildi. Su damcıları tökülən yerlərin rəngi qaraldı. Ana gah avtobusun arxasınca baxır, gah da su tökülən yerlərə diqqət verirdi. Gözlərindən axan yaşlar da yanaqlarından süzülüb yerdəki su damcılarına qarışırdı.
Ərsən də avtobusun arxa şüşəsindən boylanıb anasına baxdı. Avtobus xeyli aralansa da Şahsənəm ana hələ də yerindən tərpəşməmişdi.
Bu da yeni həyatın astanası. Əzablı günlərin başlanğıcı. Bütün yol boyu Ərsənın gözlərindən yaş axdı, boğazında qəhər kilidləndi. Anası tək və yalqız qaldı. Yenə gözlərinin önünə dayısı Səlim müəllim gəldi. Amma yox, heç yola da çıxmadı dayısı, görünür həyətdə görüşləri ilə kifayətlənmişdi. Hara, kimin yanına getməliydi bilmirdi. Qulaqları güyüldəyirdi: “Bura pul təsərrüfatı institutu da deyirlər. Medinstitutun qiyməti 20 mindir. Burda böyüklərin uşaqları oxuyur”... Bəs yetimlər? Bəs kasıblar? Bəs ərsənlər harda oxumalıydı? Belə də dünya olar?!.
– Qəm eləmə, qərdəş oğlu, yüzün yarısı əllidi. Süleymana qalmayan dünya kimə qalacax? - bu sözləri avtobus sürücüsü deyirdi, - 10 ildir bu maşında işləyirəm. Minlər ilə adam aparıb gətirmişəm, min cür sifətlər, min cür işlər görmüşəm. Bağlanan qapılar bir gün açılar, belə qalmaz. Bax, mənim adım Ramizdir, mənə Roma deyirlər. Qazancım da pis deyil, amma nə olsun, evə əliboş gedirəm. Çünki Səməndərin meyxanəsi məndə dirrik qoymadı qalsın. Bilirsən şair nə deyib? Deyib ki:
İçirəm küzə ilə meyi meyxanədə hər gün.
Dağılır çərxi-fələkdən nəki mey, xanə də hər gün.
Vaxt gələr bir gün məni yada salarsan, mən oturduğum meyxanəyə gələrsən sən də. Bəlkə sənə gülməli gəlir mənim sözlərim. Bax, sən hələ cavansan, amma mən bu dünyanın hər üzünü görmüşəm. Bu dünyanın üzü badoşdur, qərdəş oğlu, badoş...
Ərsənın yanaqlarından aşağı axan göz yaşları səngimək bilmirdi. Qeyri-ixtiyari için-için hıçqırır, tək və yalqız qalan anasını düşünür, nə edəcəyini bilmirdi. Var-yox bir inəkləri vardı, onu da satdılar. Bu işlərin axırı necə olacaqdı?! Ərsən ala inəyin çox zəhmətini çəkmişdi. Çöldən ot-ələf yığıb gətirmək, südünün yağlı olması məqsədilə arxasına alıb daşıdığı gəvən kollarının bədəninə sancılan tikanları sanki yenidən çiyinlərinə batıb onu incidirdi. Gəvən kollarını inəyin yeminə qatmaq üçün onu əvvəlcə mütləq odda ütmək, sonra da yaxşıca dəhrə ilə döyüb əzmək lazımdı ki, tikanları qalmasın. Ərsən gəvən kollarını xüsusi bir zövqlə kötüyün üstünə yerləşdirir, dəhrənin ağzı ilə döyür, doğrayır, yumşaldırdı. Gəvən yeyən inəyin südündə bir az acılıq olsa da, yağlı olurdu. Kasıb adamların mal-heyvanı da dağda-daşda olandan yeyirdi. Varlılar maşın-maşın daha keyfiyyətli qüvvəli yem alır, mal-qaraya yedirirdi. Pəyə və tövlələri də fərqlənirdi. Hər şey fərqli idi. Təbiətdə belə bir bölgü olmasa da, cəmiyyətin qanunları təbiəti də dəyişir, özünə uyğunlaşdırırdı.
Avtobus sürücüsü isə danışdıqca qızışırdı və nə danışırdı, daha nələr deyirdi Ərsən eşitmirdi. Yadında qalan o idi ki, sürücünün adı Ramiz idi, ona Roma deyirdilər və bu sürücü elə bil ki, yaddan çıxmasın deyə tez-tez təkrar edirdi:
– Mənim adım Ramizdir, Roma deyirlər, avtobus şöferiyəm. Burda məni tanımayan yoxdur...
***
Şahsənəm ana avtobus gözdən itənə qədər gözlədi. Ağ kalağayısının ucu ilə gözlərinin yaşını silib ayaqlarını sürüyə-sürüyə evinə tərəf getdi. Özünü həyətə çatdıranda elə bil çiynindən bir ağır yükü yerə atıb səkinin qırağında oturdu. Beləcə nə qədər oturduğunu bilmədi, bir də gördü ki, ala inək qapının tayını burnu ilə itələyib açdı, gəlib Şahsənəm ananın yanında dayandı. Dilini çıxarıb Şahsənəm ananın əlini yalamağa başladı. Şahsənəm ananın gözlərinin yaşı bıldır-bıldır yanaqlarından axdı, elə bil ki, ala inək də ayrılığın gəldiyini duymuşdu. Şahsənəm ana yerindən qalxıb ərik ağacının budağına keçirtdiyi qaşovu götürdü. Ala inəyin boynunu, yanlarını qaşovlamağa başladı, üzünü, gözünü tumarladı. Ala inək də bu tumardan xoşhallanır, başını Şahsənəm ananın dizlərinə sürtür, nazlanırdı. Bu cür mehr-məhəbbətdən sonra Şahsənəm ana ala inəyi çəkib küncdə divara bərkidilmiş dəmir halqadan asılan ipə bağladı. İnəyin qabağındakı yeşiyə bir cəngə ot gətirib atdı. Gümüşü rəngli dəmir vedrəni inəyin əmcəklərinin altına qoyub çöməltmə oturdu və sağmağa başladı. Küzə salınmış buzov mələyir, dartınır, özünü tez anasına çatdırıb əmmək istəyirdi. Şahsənəm ana inəyi sağa-sağa da oxşamalar deyirdi:
Ala inəyim, ala,
Hər il verər bir bala.
Oğlan ola cüt çəkə,
Qız ola damazlıq qala.
Alnı qaşlı inəyim,
Boynu saçlı inəyim...
Nə qədər çalışsa da, oxşamanın arxasını gətirə bilmədi. Hövsələsi daraldı, inəyi də həmişəki kimi sağa bilmir, südü ətrafa sıçradırdı. Ayağa durdu, buzovu küzdən açıb inəyin altına ötürdü. Buzov quyruğunu oynada-oynada əmir, hərdən də anasının döşlərini itələyirdi. Belə anlarda inək də dal ayağının birini qaldırıb o birini qoyur, balasının onu incitdiyini başa salmağa çalışırdı. Şahsənəm ana hər gün gördüyü, lakin bu qədər fərqinə varmadığı ana-balanın bu məhəbbətinə mat-mat baxırdı.
Hava yavaş-yavaş qaralırdı. Şahsənəm ana həyətdə divarın dibinə qoyulmuş stolun bir kənarında oturmuşdu. Gözlərini çırtaçırt yanan odunlara dikib ocağın üstünə qoyduğu südün qaynamasını gözləyirdi, nəhayət süd qaynadı, aşıb daşmaq istədi, lakin ana qazanı ocağın üstündən götürüb yerə qoydu, qazanın üzündə süd qaysaqlanmağa başladı. Ananın axşam yeməyə iştahı qalmamışdı, fikir-xəyal içində stəkanı süd ilə doldurub qabağına qoydu, bir parça qənd ilə içmək istədi. Bir-iki qurtumdan sonra stəkanı yerə qoydu, daha heç nəyə meyli qalmamışdı. Yerindən qalxıb süd qazanını aparıb taxçada yerləşdirdi. Ana nə edəcəyini bilmirdi, Ərsən yola düşəndən elə fikri-zikri onun yanındaydı, bilmirdi nə etsin, necə etsin. Bir az yırtıq-yamaq etmək, köhnə, cırılmış corabları yamamaq istədi, lakin ona da hövsələsi gəlmədiyindən yataq otağına keçib dəmir çarpayısına yaxınlaşdı, yerinə uzandı.
O gecə ilan vuran yatdı, amma Şahsənəm ana yatmadı, yata bilmədi. Bütün gecəni oğlunu düşündü, görəsən necə olacaq, hara gedəcək? Barı itə-qurda rast gəlməyə, mərdimaza tuş olmaya... yazıq, yetim balam... mən səni nə zülmynən böyütmüşəm.
Axşam namazında olduğu kimi Şahsənəm ana sübh namazında da səccadənin kənarında saatlarla oturdu, üzünü göylərə tutub dua elədi:
- Ya Rəb! mənim balamı naümid eləmə! Ona bir qapı aç! İşini avand elə! Ey kimsəsizlər kimsəsi! Ey gözəgörünməz! Mənə rəhmin gəlsin! Dost-düşmən yanında xəcil eyləmə bizi! Səni and verirəm yerə, göyə, sütunsuz-tavansız dayanan ulduzlara, Günəşə, Aya! Ya Rəbbim...
Şahsənəm ana xəyallar aləmində səccadənin qırağında nə qədər qaldığını bilmədi. Bir də gördü ki, sübh tezdən qapı döyülür. Küçədən Qəssab Məhərrəmin səsi gəlirdi:
- Ay Şahsənəm bacı!..
Şahsənəm Qəssab Məhərrəmin səsini eşitcək yerindən dik qalxdı, canamazını
yığışdırıb həyətə tələsdi:
- Gəldim... gəldim...
Qapının arxasında Qəssab Məhərrəm ilə Vəliş müəllim dayanmışdılar. Vəliş
müəllim dilləndi:
- Salam, Şahsənəm bacı...
- Əleyk-salam, məllim... keçin içəri.
Onlar danışa-danışa həyətə keçdilər.
- Bacı, Məhərrəm qardaş dedi, inəyi satırsız, ona görə gəldik...
- Hə, satıram, məllim...
- Soruşmaq ayıb olmasın, bacı, neçiyə satırsız?
- Nə bilim, məllim, yenə yaxşısını Məhərrəm qardaş bilər.
- Məllim, bu çox yaxşı inəydi, damazlıqdı, balası da altında, gündə də bir
vedrə süd verir,- deyə Qəssab Məhərrəm söhbətə qarışdı. Mənnən olsa, heç bu inəyi satmaram. Belə damazlıq mal ələ düşən deyil. Amma daha neyləsin, Şahsənəm bacı da tək qaldı, oğlu oxumağa getdi, deyən məcbur olub inəyi satır. İndi burda özgəsi yoxdu, Şahsənəm bacı məcbur olub inəyi satır, məllim siz də kəndimizin hörmətli məlimlərindənsiz. İnəy də ki, bilirsiz ki, indi bahadı, amma da siz gəlibsiz, bir min manat verin. İnəyi aparın...
- Yox, sən nə danışırsan, mənə at-dəvə satmırsan ha...
- Məllim, vallah bu inəyi rayon bazarına çıxartsan bundan da baha gedər.
- Yaxşı da, inəymi görməmişik? Mən bu inəyə yeddi yüz manat verərəm.
- Məllim sən nə danışırsan, yeddi yüz manata heç qısır inəy də verməzlər.
Bunun balası yanında, əmcəyində südü aşıb-daşır. Yıxılı evin dirəyidir. Amma mən səni də nəzərə alıram. Eybi yoxdu, yüz də sənin xətrinə keçək, doqquz yüz ver, apar, səhər-səhərdi. Allah xeyir versin...
- Yox, a kişi, sən nə deyirsən?!
Çox çək-çevirdən sonra Qəssab Məhərrəm ilə Vəliş müəllim razılığa gəlib inəyi səkkiz yüz əlli manatdan qiymət elədilər. Vəliş müəllim beş yüz manatı nağd ödədi, üç yüz əlli manat üçün möhlət istədi. Şahsənəm ana beş yüzdən yüz manatı elə oradaca Qəssab Məhərəmə verib borcdan qurtardı. Qəssab Məhərrəm; -qaçmırıq ki, ay bacı, qoy qalsın, sonra verərsən,- desə də Şahsənəm ana razılaşmadı.
Qəssab Məhərrəm inəyi tövlədən bayıra çıxartdı, ipini burun tovu eləyib boynuna bağladı, bir ucunu Vəliş müəllimə uzatdı:
- Allah xeyir versin, məllim...
Vəliş müəllim qabağa keçib inəyi dartdı. Lakin inək yerindən tərpəşmədi, geriyə dartındı. Qəssab Məhərrəm inəyin belinə bir çubuq çəkdi. Çubuğun yeri inəyin belində iz saldı. Şahsənəm ana dözə bilmədi, üzünü yana çevirdi, bir an içində gözlərindən axan yaş yanağını islatdı, səsi titrədi: - xeyirli olsun, - deyib evə keçdi.
Küçədən Qəssab Məhərrəm ilə Vəliş müəllimin səsi gəlirdi. Qəssab
Məhərrəm:
- Di mənim də haqqımı ver... bu nədi?..
***
Qatar gedir, getdikcə də dəmir təkərlərin ahəngdar səsi Ərsənin başında dolanan fikirlərə qarışır, qəribə bir uyuşma yaradırdı. Ərsən anasının ayrılığına, onun yalnızlığına, son ümidləri olan ala inəyin satılması ilə doğan pərişanlığa özündə əks müqavimət tapa bilmirdi. İstər-istəməz gözlərinin yaşı yanaqlarından üzü aşağı axırdı. Vaqondakı adamlardan gizlənmək, pəjmürdə halı ilə kimsənin nəşəsinə su səpməmək məqsədi ilə qatara minən kimi də üst qatdakı yerinə uzanmış, üzünü yana çevirmişdi. Adamlar aşağıda oturub deyib gülür, yeyib içib kef çəkirdilər. Elə bil ki, bu adamların heç birinin dərdi yoxuydu, dünyanın ən xoşbəxt adamlarıydı bu vaqonda gedənlər. Təkcə Ərsəndən başqa. Ərsənin dərdi başından aşırdı. Anasından ayrılmaq ona zor gəlirdi. İndi anası tək, yalqız damlarda nə edəcəkdi? Necə ötüşəcəkdi? Nəyə görə həyat bu qədər amansız olmuşdu onun anasına?.. Bir tərəfdən də sabah hara gedəcəyini fikirləşirdi. Bu şəhərdə onun qapısını ərklə aça biləcəyi kimsə yoxuydu. Ümidi kəndlərindən bu şəhərin institutlarında oxuyan tələbələrə gəlirdi. Onlardan da rastına çıxarsa və ya hansınısa axtarıb tapa bilərsə, bəxti gətirmiş sayılacaqdı. Ən çox da Məzahiri görmək istəyirdi. Məzahir universitetin yuxarı kurslarında oxuyurdu. Yayda tətilə gələndə həmişə Ərsənə Bakı həyatından, tələbəlikdən danışar, ona ümid bağladığını deyərdi. Məzahir çox çalışqan şagird olmuşdu. Orta məktəbi bitirəndən sonra universitetə qəbul olunan ilk tələbələrdən idi. İkinci kursdan sonra kəndə gəlişi azaldı. Dediyinə görə oxuya-oxuya həm də işləyirdi. Ərsən də Məzahir kimi universitetə qəbul olsa, həm də işləmək arzusundaydı. Belə olsaydı, anasının da yükü yüngülləşərdi, ailədaxili problemləri azalmış olardı. Qatar isə Ərsənin dərd-sərindən xəbərsiz olaraq gedirdi... taq-taraq... Bütün bu fikir-xəyallar ilə nə zaman yuxuya getdiyini bilmədi. Bir də səhərə yaxın qatar bələdçisinin cır səsinə oyandı. Bələdçi bir-bir qapıları döyüb sərnişinləri oyadırdı. Ərsən də yerindən durub yuyunmağa getdi. Sərnişinlər vaqonun dəhlizinə çıxır, iki-iki söhbət edir, pencərədən keçdikləri yerlərə baxırdılar.
Qatar dərindən nəfəs alıb Bakı stansiyasında dayandı. Sərnişinlər tələsə-tələsə qatardan enib getdilər. Ərsən çemodanı əlində dalğın halı ilə perrona çıxdı, hara gedəcəyini, nə edəcəyini bilmədən adamların arxasınca taksi duracağına yürüdü. Taksi sürücüləri müştəriləri səsləyir, getdikləri marşurutları təkrar edir, az qala zorla adamları maşınlarına oturtmağa çalışırdılar. Sərnişinlər bir-bir, iki-iki taksilərə oturub gedirdilər. Ərsən hələ də bir tərəfdə dayanıb düşünür, hara gedəcəyi haqqında fikirləşirdi. Orta yaşlı taksi sürücüsü Ərsənin qəribliyini sezib səsləndi:
- El oğlu, nə fikrə getmisən? Hara gedəcəksən gəl aparım.
- Siz hara gedirsiz?
Ərsən dediyi sözün mənasız olduğunu başa düşsə də, sürücü ona elə bir
əhəmiyyət vermədi.
- Tələbəsən?
- Olmaq istəyirəm.
- Aydındı...
- Gedəcək yerin yoxdur?!
- Düzünü desəm, yoxdur, dayı.
- Gəl səni aparım, Yasamala, dağlı məhləsinə, orda kirayə ev tutarsan,
istəsən mən də kömək edərəm. Bir müddət qalarsan, universitet də ora yaxındı, sonrasına özün baxarsan.
- Yaxşı gedək.
Ərsən sevindi ki, qarşısına yaxşı adam çıxıbdır. Demək dünya xali deyil. Hər yerdə yaxşı adamlar var, xüsusən də aşağı təbəqənin içində, çörəyini səninlə bölmək istəyənlər tapılır. Bir neçə dəqiqədən sonra Ərsən Yasamal bazarının arxasındakı dar məhəllədə Balabəyimin evində kirayəçi kimi yaşamağa başladı.
Balabəyimin evi iki otaq və bir dəhlizdən ibarət idi. Balabəyim həyat yoldaşı ilə yaxınlıqdakı yeni tikilmiş beşmərtəbəli evdə yaşayırdı. Buradakı həyət evinin bir otağında yaşlaşmış anası Yetər qarı yaşayırdı. Dəhliz ümumi istifadəyə verilmişdi. O biri otağı Balabəyim tələbələrə kirayə verirdi. Aylıq kirayə pulu adambaşına 10(on) manat idi. Otağın döşəməsinə sadə daş düzülmüşdü. Otaqda dörd yığcam dəmir çarpayı qoyulmuşdu. Ortada bir stol, dörd ədəd taburetka vardı. Dəhliz həm də mətbəx rolunun oynayırdı. Əldə qayırılmış elektrik plitəsində tələbələr yemək hazırlayırdılar. Bir su vedrəsi vardı. Su küçə qapısının yaxınlığındaydı. Suyu oradan daşıyıb gətirmək, çirkli qabları da orada yumaq lazım gəlirdi. Tualet balaca həyətin bir küncündəydi. Daşa qənaət edildiyindənmi, yoxsa nədənsə ora girən adamın bədənin yuxarı hissələri uzaqdan görünürdü. Onagörə də tualetdən ancaq qaranlıq vaxtlarında istifadə etmək mümkün olurdu. Yetərqarı qaranlıq düşən kimi ümumi qapını arxadan bağlayırdı. İçəridə tələbə kirayənişinlərdən olsa, qapını açırdı. Əgər içəridə Yetər qarı tək idisə, gərək onun pencərəsinin döyüb yuxudan oyadaydın. Yetər qarının qulaqları ağır eşidirdi, ona görə də onu başa salmaq üçün xeyli vaxt və zəhmət tələb olunurdu.
Bütün bunlarla bərabər bu otaq Ərsən üçün göydəndüşmə sayıla bilərdi. Ərsən əvvəl çemodanını açıb, anasının yol üçün qoyduğu əşyaları yerbəyer elədi. Əşya deyəndə ki, stakan-nəlbəki, bir ədəd dəmir, rəngli boşqab, bir banka pendir, sulanıb bükülmüş kənd lavaşı, göyərti, çay, xörək qaşıqları, bir ədəd pendir bıçağı, əl-üz dəsmalı və s. Lavaşla pendir və göyərti dürməyi düzəldib ləzzətlə yedi, üstündən də bir stakan su içdi. Çemodanı dəmir çarpayının altına yerləşdirib uzanıb dincini aldı.
***
Zema xanım ara sakitləşən kimi oğlu Zahiri yanlayıb əlinə on manat pul qısdırdı, çörək almaq bəhanəsi ilə dükana göndərdi. Zahir anasının balasıydı, Bakıda olanda bu xəlvət işləri çox görmüşdü. Çörək almaq bəhanəsinin ardında Zemfira xanım üçün bir şüşə “moskovski vodka” dururdu. Hər dəfə o vodkanın dadına Zahir də baxardı. Bu işi ana-bala Səlim müəllimdən gizlin edərdilər. Zema xanım hallananda baş ağrısını bəhanə edib yatardı. Səlim müəllim evdə olmayanda Zema xanım da şəhərə çıxar, axşam qayıdardı. Sonralar Səlim müəllim bütün bunları anlasa da, arvadının qarşısında cəsarət edib bir söz deyə bilmirdi. Ona görə də kəndə gələndə Zema xanıma möhkəm-möhkəm tapşırmışdı ki, kənd yerində bir az diqqətli olsun, heç olmasa burada içməsin, söz-söhbət yaranmasına şərait yaratmasın. Amma kənd həyatı Zema xanım üçün o qədər darıxdırıcı və üzücü idi ki, o yalnız bu əhvaldan içməklə çıxa bilirdi. İçdikdən sonra da kənd yerində getməyə münasib yer olmadığından burada yatmağı daha münasib bilirdi. Oğlu Zahir də anasının gizlin işlərinin ilk şahidi kimi “sir saxlayan ol, ağzı yırtıq olma” tapşırığını hər vəchlə qoruyurdu. Belə-belə ana-bala sirdaş olmuşdular, bir-birlərinin sirlərini gizlədə-gizlədə Səlim müəllimin top dağıtmaz varidatından istədikləri kimi faydalanırdılar.
Ardı var

Baki / AZERBAYCAN
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar