Xəbər lenti
 
Ovqat.com Moderator.az-a istinadən xəbər verir ki, beynəlxalq xəbər agentliklərinə istinadən bildirir ki, Filippinin Bulacan şəhərində yaşayan gözəlik kraliçası 23 yaşlı Mary Christine Balaqtas evində öldürülüb.

Qətli kraliçanın keçmiş sevgilisi tərəfindən tutulmuş killer həyata keçirib.
Çiçək və şokalad gətirmək adı ilə qapının zəngini basan killerlər qapı açıldıqda kraliçanı başından güllələyiblər. 

Təcili xəstəxanaya çatdırılan model həkimlərin səyinə baxmayaraq həyatını itirdi.

Killerlərin hadisə yerindən motoskletlə qaçdığını bildirən Bulacan Polis Təşkilatı Balaqtasın keçmiş sevgilisinin tutduğu killerlər tərəfindən öldürüldüyünü ehtimal etdiklərini bildirib. Cinayətkarların qısa zamanda cəzalanacağı gümün edilir. 

Universitet tələbəsi olan Balaqtas  2010-cu ildə Filippinin gözəllik kraliçası seçilmişdi.



Ana səhifəyə qayıt        Baxış: 1 557          Tarix: 9-04-2017, 12:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma