Xəbər lenti

Əfqanıstan və Pakistan nümayəndələri İstanbulda görüş keçirirlər. Görüşdə sərhəd böhranının nizamlanması yolları və oktyabrın 19-da Dohada əldə edilən atəşkəs rejiminə əməl edilməsi üçün şəraitin yaradılması müzakirə olunur.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "EFE" agentliyi Əfqanıstan hökumətinin nümayəndəsinə istinadən məlumat verib.

Məlumata görə, görüşdə Əfqanıstan nümayəndə heyətinə daxili işlər nazirinin müavini Hacı Nəcib rəhbərlik edir. Pakistan nümayəndə heyətinin tərkibini açıqlamayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 036          Tarix: Bu gün, 17:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma