Xəbər lenti

 

Quba rayonunda qətl hadisəsi baş verib. “ARB TV”dən Ovqat.com-a verilən xəbərə görə, hadisə rayonun Cimi kəndində qeydə alınıb.

Kənd sakini, 37 yaşlı Alxasov Maarif həmkəndlisi, 34 yaşlı Vətən Əhmədova balta ilə xəsarət yetirib.

Xəsarət alan şəxs ölüb. Hadisənin tərəflər arasında yaranan münaqişə zəminində baş verdiyi bildirilir. Ölən V.Əhmədov ailəli olub, iki övladı var.

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.




Ana səhifəyə qayıt        Baxış: 936          Tarix: 19-08-2017, 00:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma