İŞİD-in Suriyadakı paytaxtı sayılan Raqqanın bu gün tamamən “xilafətçilərdən” təmizlənəcəyi gözlənir.
Ovqat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, artıq ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələri (əsasını PKK-PYD yaraqlıları təşkil edir) son əməliyyata başlayıblar.
Məlumata görə, Raqqanın 90%-ni əlində tutan SDQ-nin nəzarətində olmayan yeganə bölgə şəhər xəstəxanasının və stadionun yerləşdiyi kiçik bir ərazidir. Həmin əraziyə mülki vətəndaşlardan canlı qalxanlar yerləşdirən İŞİD günahsız insanların həyatı bahasına mövcudluğunu qorumağa çalışır.
ABŞ prezidenti Tramp isə canlı qalxanlara əhəmiyyət vermədən terrorçuların gizləndiyi əraziləri bombardıman etməyi özünün İŞİD-ə qarşı mübarizə taktikasına çevirib. Prinsipcə, kürd separatçıları üçün də Raqqa stadionuna və xəstəxasına doldurulan ərəblər heç bir əhəmiyyət kəsb etməyən ət parçaları kimidir. Bu isə nə qədər mülki vətəndaş ölümünə yol açsa da, Raqqada küncə sığışan xilafətçilərə son qoyulacağı deməkdir.
Paylaş: