Xəbər lenti

 

“Suriyada İŞİD-ə qarşı aparılan hava hücumlarının bədəlini mülki vətəndaşlar ödəyir”.

Ovqat.com xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları ali komissarı Zeyd Raad əl-Hüseyn bildirib.

Hüseyn açıqlamasında Suriyada İŞİD-ə qarşı hava hücumları təşkil bütün ölkələri hərbi və mülki hədəfləri bir-birindən ayırd etmək üçün daha çox diqqətli olmağa çağırıb.

"İŞİD tərəfindən ayrıseçkilik etmədən güllələnmələrə və ardıcıl edamlara məruz qalan vətəndaşlar eyni zamanda, başda Suriyanın şimal-şərqdəki Raqqa və Deyrizor olmaqla, müxtəlf yerlərə edilən hava hücumlarının da qurbanı olurlar"-deyən Komissarın sözlərinə görə, Raqqada 14 mayda təşkil edilən hava hücumunda 17-i qadın 23 əkinçinin həyatını itirib. Üstündən bir gün keçəndən sonra - 15 mayda isə Deyrizor hava hücumuna məruz qalıb. Hücumda 16-ı uşaq, 12-i qadın 59 vətəndaş ölüb, 70 mülki şəxs yaralanıb.

Hüseyn bütün bu itkilərin hava hücumlarında mülki vətəndaşların qorunması istiqamətində qəti tədbirlərin alınmadığını göstərdiyini vurğulayıb.

İnsan Haqqları Ali Komissarlığı sözçülərindən Rupert Kolvill isə BMT Cenevrə ofisində keçirdiyi mətbuat konfransında Suriyada hava hücumları təşkil edən bir çox dövlətin olduğunu xatırladıb və odur ki, əməliyyatların hansı ölkə tərəfindən aparıldığının təsbit edilməsinin çətinliyindən gileylənib.

Kolvill mülki itkilər və hava hücumlarıyla əlaqədar məlumatı necə əldə etdikləriylə bağlı sualı isə cavabsız buraxıb.

Qeyd edək ki, Suriyada və İraqda İŞİD-ə qarşı mübarizə aparan koalisiyaya ABŞ rəhbərlik edir. ABŞ-ın indiki prezidenti Donald Trampın isə yeni mübarizə strategiyasından çıxış etdiyi bildirilir. Bu strategiyaya görə, İŞİD-in yox edilməsi üçün onun canlı qalxan kimi istidafə etdiyi mülki şəxslərə acımadan, şəhərin infrastrukturunun dağılmasına əhəmiyyət vermədən bombardımana davam etməlidir.

Üstəlik, Obama dövründə yaşayış məntəqələrinin 3 tərəfi mühasirəyə alınır, bir tərəfi isə qaçmaq üçün açıq buraxılırdı. Tramp taktikasında isə heç bir açıq qapıdan söhbət getmir, yaşayış məntəqələri 4 tərəfdən mühasirəyə alınaraq, bombardıman edilir.

Xatırladaq ki, ilk əvvəl Rusiya tərəfindən Hələbdə həyata keçirilən bu taktika qısa müddət ərzində nəticə vermiş, müxaliflər ağ bayraq qaldırmağa məhkum olmuşdular. Görünür, taktikanın işə yaraması ABŞ-ı da xeyli həvəsləndirib və o, İŞİD-ə qarşı mübarizədə eyni metoddan faydalanmağa üstünlük verib. Nəticədə isə terrorçularla yanaşı, onların əllərində girov kimi tutduğu yaşayış məntəqələrinin əhalisi də qırılır.




Ana səhifəyə qayıt        Baxış: 927          Tarix: 26-05-2017, 17:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma