Xəbər lenti

 

Polemikalar böyüyür. Saytımızda xatirələri dərc olunan Heydər Əliyevin hərbi səlahiyyətli nümayəndəsi Urfullah Qurbanovun sabiq Müdafiə naziri Rəhim Qaziyevlə əlaqədar irəli sürdüyü iddialara cavab özünü çox gözlətməmişdi. Əməkdaşımızla əlaqə saxlayan Rəhim Qaziyev Urfullah Qurbanovun tanımadığını və onunla heç bir danışıq aparmadığını bildirmişdi.

Qeyd edək ki, Urfullah bəy 1992-ci ildə Naxçıvanın müdafiəsi üçün silah-sursat almaq niyyətilə Rəhim Qazıyevlə görüşdüyünü və ondan “Naxçıvanı, getsin, Heydər Əliyev qorusun” cavabını aldığını iddia etmişdi. Rəhim Qazıyev isə bu iddianı inkar edərək Urfullah bəyi debata çağırmışdı.

İki hərbi səlahiyyətli arasında başlayan mübahisə ilə əlaqədar Ruhullah Qurbanov dünən axşam (11.10.2017) özünün facebook səhifəsində paylaşdığı bir foto-şəkillə qarşı tərəfə cavab verib. Ovqat.com xəbər verir ki, həmin sənəd 16 iyun 1992-ci il tarixində Heydər Əliyevin müavini mərhum Asif Kələntərli tərəfində imzalanıb. Sənəddə deyilir:

  “Azərbaycan Respublikasının

Müdafiə naziri

Rəhim bəy Qazıyevə

Hörmətli Rəhim bəy!

Naxçıvan Muxtar Respublikasının Ermənistanla həmsərhəd olan ərazilərinin ardı-arası kəsilməyən hücumlara məruz qalmasını və muxtar respublikanın erməni silahlı dəstələrindən müdafiəsi ilə əlaqədar olaraq hərbi texnika və sursata olan təlabatı nəzərə alaraq bizim Sizin köməyinizə ehtiyacımız var.

Xahiş edirik, Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətində olmasını və coğrafi mövqeyini əsas tutub bu sahədə köməyinizi əsirgəməyəsiniz.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədr müavini,

Müdafiə Şurasının üzvü A.Kələntərli”

Urfullah bəy öz statusunda sənədi şərh edərək bildirir:

“Rəhim Qazıyev, ola bilər ki, məni tanımasın, bəs, bu məktubu necə, xatırlayırmı?

Bu məktub dövlət sənədidir. Bu günə qədər qoruyub saxlamışam. Məhkəməyə müraciət edə bilərsiniz... Ekspertiza əsli olduğunu təsdiq edər”.

Urfullah Qurbanovun iddiasına görə,  Rəhim Qazıyevlə görüşləri yuxarıda təqdim olunan məktub əsasında baş tutub. "Rəhim Qazıyevlə görüşdən geri qayıtdıqdan sonra isə ağır durumla bağlı bu sənədin hesabatını vermişəm"

Urfullah bəy Rəhim Qazıyevin debat təkilifini qəbul etməyib. Fikrini isə belə əsaslandırıb: “Məni debata çağırırsınız. Nəyə görə? Gündəmdə qalmaq üçünmü? Mənim ona ehtiyacım yoxdur. Mənim davam - yurd davasıdır, vətən davasıdır. Ali Baş Komutanım nə zaman əmr etsə, onun sıravi əsgəriyəm”.




Ana səhifəyə qayıt        Baxış: 2 420          Tarix: 12-10-2017, 01:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma