Xəbər lenti

 

Ovqat.com bildirir ki, 29 apreldə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasının dosenti Rəşid Mahmudovun yeni kitabının təqdimat mərasimi keçirildi.

Tədimatda R. Mahmudovun çoxillik elmi araşdırmalarının nəticəsi olan, 850 səhifədən ibarət "TİBBİ FİZİOLOGİYANIN ƏSASLARI" adlı kitabı oxuculara təqdim olundu. Kitab Tibb universitetinin tələbələri üçün nəzərdə tutulmuşdur. Eyni zamanda - həkimlər, akuşer – ginekoloqlar, uşaq həkimləri, hematoloqlar, immunoloqlar, endokrinoloqlar və eləcə də, aspirantlar, doktorantlar və fiziologiyadan dərs deyən müəllimlər də yararlana bilərlər.

Xatırladaq ki, dünyada ilk dəfə olaraq sütun hüceyrənin fiziologiyası, interleykinlər  bu dərsliyə salınmışdır.

Qey edək ki, kitab müəllifin ilk kitabı deyil. Belə ki, R. Mahmudov Azərbaycan dilində nəşr olunan “Normal fiziologiya” adlı dərsliyin də müəllifidir.

Mahmudovun 50-dən çox elmi əsərləri hansı ki, Çexoslavakiyada, Rusiyada, İsveçrədə, Türkiyədə çap olunmuşdur. O eləcə də, bir çox elmi konfransda çıxışlar etmişdir. Həmçinin, 1985-ci ildə dünyanın ən aparıcı jurnalı olan “Cor et Vaza” (Ürək və damar) jurnalında 9 səhifədən ibarət elmi məqaləsi çap olunmuşdur.

Tədbirdə dövlət və elm xadimləri, yazıçı və şairlər, mətbuat nümayəndələri, oxucular iştirak edirdilər. Qonaqlar müəllifi təbrik edib, ona yeni uğurlar arzuladılar.

Təqdimat mərasimində iştirak edən qonaqlara alimin mühazirələrindən ibarət 2 ədəd disk də hədiyyə olundu.

Mətanət İmanquliyeva

 

Həmin tədbirdən foto görüntülər:

   

 

 

 

 

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 2 870          Tarix: 29-04-2017, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma