Bir müddət əvvəl Dağıstanda hökumətin istefaya göndərilməsi xəbəri yayılanda Şimali Qafqazda yenidən gərginliklərin yaranacağı, konfliktlərin başlayacağı ilə bağlı şübhələr doğmuşdu. Narahatlıq yaradan şübhələrin ilk siqnalı bu gün gəldi.
APA-nın "RİA Novosti" agentliyinə istinadən yaydığı məluata görə, bu gün naməlum şəxs Dağıstanda karnaval zamanı kütləni atəşə tutub.
Hadisə Kizlyar şəhərində baş verib. Silahlı şəxs bayram karnavalında insanlara atəş açıb. Nəticədə 4 nəfər ölüb, 4 nəfər də yaralanıb. Cinayətkar hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb.
***
Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramı zamanı baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Bu barədə RİA Novosti agentliyinə şəhər administrasiyası mətbuat xidmətinin rəhbəri bildirib.
“Xəstəxanada daha bir qadın keçinib. Beləliklə, ölənlərin sayı 5 nəfərə çatıb”, deyə o bildirib. /APA
Paylaş: