Xəbər lenti

   

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 101 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən Ovqat.com-a verilən məlumata görə, dünən, həmçinin, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin də üstü açılıb.

Axtarışda olan ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarılan 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

        - Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər xəsarət alıb. 

        - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

        - Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 1 241          Tarix: 7-04-2018, 09:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma