ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Krımın Rusiya tərəfindən qeyri-qanuni işğalını pisləyən qətnamə qəbul edib.
Ovqat.com Komitənin internet saytına istinadən xəbər verir ki, qətnamədə Krımın Ukraynanın bir hissəsi olduğu bildirilir və ABŞ hökumətinin qeyri-qanuni işğal edilən Krım yarımadasının statusunu, demoqrafik xəritəsini və siyasi quruluşunu dəyişdirməyə yönələn cəhdləri rədd etməsi tələb olunur.
Komitə, ABŞ hökumətini 1940-cı ildə Uelles Bəyannaməsilə Baltik Ölkələrinin Sovet İttifaqı tərəfindən ilhaqını tanınmadığı kimi, Krımın Rusiya Federasiyası tərəfindən qanunsuz ilhaqının da ömür boyu qəbul edilməməsini dövlət siyasəti kimi elan etməyə" çağırıb.
Sənəddə həmçinin, ABŞ-ın Rusiyaya qarşı Krım sanksiyalarının məmnuniyyətlə qarşılandığı qeyd olunur və hökumət Aİ-ni yeni sanksiyalara təşviq etməyə çağrılır.
Paylaş: