Xəbər lenti

  

Şair-publisist Heydər Oğuzun bir şeirini təqdim edirik:

Naməhrəm əl atıb qoynuna, Yurdum,
Dirənib boğaza nifrətim mənim.
Mənə oğul demə, ey ana Yurdum.
Buna necə dözür, qeyrətim mənim?

O tayda Təbrizim can hayındadır,
Mənim fikrimin də o tayındadır.
Gözüm bizə çatan neft payındadır,
Neftimlə ölçülür izzətim mənim.

Dərbəndim, Borçalım yağıya qalıb,
Naxçıvan “Xan” adlı ağaya qalıb,
Qarabağ bir dılğır dığaya qalıb,
Nə günə düşübdür dövlətim mənim?

Neylərəm, can anam, bu zənginliyi?
Bizə nəsib edib didərginliyi.
Əsəb gərginliyi, ruh gərginliyi,
Başıma bəladır sərvətim mənim.

Bu həyat ölümdən betərə dönüb,
Yurd eşqi qəlbimdə qəhərə dönüb.
Yediyim çörək də zəhərə dönüb.
İçdiyim su- ölüm şərbətim mənim.

Gözlərim boyanıb əlvan qanına,
Su tökür zalımın dəyirmanına.
Ürək qıymır amma şirin canına
Yaşımda boğulub cürətim mənim




Ana səhifəyə qayıt        Baxış: 1 179          Tarix: 5-12-2019, 11:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma