Xəbər lenti

 

Jurnalist Jalə Mütəllimova Ana Vətən Partiyasından istefa verib.

Mia.az xəbər verir ki, bu barədə jurnalist özü sosial şəbəkədə yazıb.

O, partiyadan ayrılmasını elan etsə də, səbəblərini açıqlamayıb:

"Əziz və dəyərli dostlarım, bu gündən etibarən şəxsi təşəbbüsümlə Ana Vətən Partiyası ilə yollarımız ayrıldı. Hər kəsə sayğılar, sevgilər və böyük uğurlar diləyirəm. Qısa müddətli əməkdaşlıq mənə çox böyük təcrübə qazandırdı. Əminəm ki, bundan sonrakı dönəmdə qazandığım təcrübədən bəhrələnəcəyəm. Bütün ana vətənçilərə uğurlar və sayğılar".

Xatırladaq ki, Jalə Mütəllimova ötən ilin dekabrın 2-də Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının müşaviri təyin edilmişdi. Bundan sonra o,  92 sayli Zərdab-Ucar dairəsindən deputatlığa namizədliyini irəli sürsə də, MSK-nın açıqladığı ilkin nəticələrə görə, həmin dairədən adaşı Jalə Əliyeva lider göstərilib.




Ana səhifəyə qayıt        Baxış: 441          Tarix: 17-02-2020, 08:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma