Xəbər lenti

 

Türk Silahlı Qüvvələri (TSQ) Suriyanın Hələb şəhərindəki hərbi hissələrdən birinə hava hücumu edib. Hücum zamanı Suriya ordusunun çox sayda yüksəkrütbəlisi öldürülüb.

Ovqat.com xəbər verir ki, bunu Şimali İraq Kürd Muxtariyyətinin rəsmi informasiya kanakı Rûdaw iddia edir.

Məlumata görə, hava hücumu pilotsuz silahlı təyyarə vasitəsilə həyata keçirilib. Silahlı PUA (pilotsuz uçuş aparatı) Hələb yaxınlığındakı bir kənd evinə hücum edib və burada hərbi əməliyyat planını müzakirə üçün toplanmış çox sayda yüksəkrütbəli əsgərləri atəşə tutub. Həmin evin 124-cü briqadanın gizli qərargahı olduğu güman edilir.

Öldürülənlər arasında briqada komandiri Burhan Rahmunun da olduğu bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 2 038          Tarix: 29-02-2020, 09:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma