Rusiya 5 gün əvvəl bağladığı Suriya hava sahəsini yenidən Türk hərbi təyyarələrinə açıb.
Ovqat.com xəbər verir ki, türk təyyarələri PKK/PYD terrorçularının Afrindəki mövqelərini yenidən aviazərbələrlə sarsıtmağa başlayıb.
Rusların hava sahəsini bağlamasının səbəbləri də aydın olub. Bildirildiyinə görə, ruslar öz təyyarələrini terror hücumlarından qorumaq üçün Afrin və İdilibdə havadan elektron müdafiə sistemi qururmuşlar. Bu səbəbdən də həmin bölgələrdəki hava sahələrinə uçuş qadağası qoyublar. Artıq bu fəaliyyətin tamamlandığı və pilotsuz təyyarələrin belə, uçuşuna izn verildiyi bildirilir.
TSQ-nin yaydığı rəsmi məlumata görə, dünən Zeytun Budağı əməliyyatında daha 29 terrorist təsirsiz hala gətirilib və beləcə öldürülən düşmən sayı 1028-ə yüksəlib.
Paylaş: