Xəbər lenti

 

Çinin Uhan şəhərində yaranan və sürətlə dünyaya yayılan koronavirus epidemiyasına 50 ölkədə rast gəlinib və bu günə kimi 2871 insan dəhşətli virusdan həyatını itirib. Çin ərazisində 78 mindən çox insanın yoluxduğu yeni tip koronavirus (COVID-2019) bu ölkədə 2682 insanın həyatına son qoyub. Çinlə bərabər digər ölkələrdə də həm yoluxma, həm də həyatını itirmə halları qeydə alınıb. Çindən sonra koronavirusa yoluxma halı ən çox Cənubi Koreya (2337) və İtaliyada (888) baş verib. Ölüm nisbətinə görə İran bu iki ölkəni geridə qoyub. İranda epidemiya 34, İtaliyada isə 21, Cənubi Koreyada isə 13 nəfərin həyatına son qoyub.

Dünyanı qorxuya salan koronavirus son olaraq Azərbaycanda da qeydə alınıb. İrandan Azərbaycan ərazisinə daxil olan Rusiya vətəndaşında virusa yoluxma halı aşkarlanıb və o, xüsusi ayrılmış xəstəxanaya yerləşdirilib.

Mövcud durumda virusdan qorunmaq, ona yoluxmamaq və müalicə prosesini necə keçməklə bağlı Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına əsasən hazırlanan müraciətləri diqqətinizə çatdıracağıq.

Koronavirus nədir?

Koronavirus insan və ya heyvanlarla əlaqəsi sübut edilmiş patogen xüsusiyyətləri olan geniş virus ailəsini təşkil edir. Məlum olub ki, koronaviruslar insanlarda ümumi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə, o cümlədən tənəffüs sindromu və kəskin tənəffüs sindromu (SARS) yoluxucu xəstəliklərinə səbəb ola bilər. Bu yaxınlarda aşkar edilmiş koronavirusların sonuncusu isə COVID-19-dur

COVID-19 nədir?

COVID-19 son zamanlarda aşkar edilmiş koronavirusların sonuncu yoluxmuş növüdür. Çinin Uhan şəhərində 2019-cu ilin dekabr ayında qeydə alınan yeni virus və xəstəlik haqqında alimlər tərəfindən araşdırmalar davam edir.

COVID-19-un əlamətləri hansılardır?

COVID-19 ən çox rast gəlinən simptomları arasında qızdırma, halsızlıq və quru öskürək olur. Bir sıra xəstələrdə müxtəlif ağrılar, burun axması, faringit və ya ishal ola bilər. Bir qayda olaraq, bu simptomlar tədricən inkişaf edir. Əksər insanlarda (təxminən 80%) xəstəlik xüsusi müalicə tələb olunmadan, bərpa ilə başa çatır.

COVID-19-a yoluxmuş hər altı nəfərdən birində tənəffüs çatışmazlığının inkişafı ciddi simptomlarla müşahidə olunur. Yaşlı insanlarda, eləcə də arterial hipertansiyon, ürək xəstəliyi və ya diabet kimi mövcud somatik xəstəlikləri olan insanların yeni virusa yoluxmaq ehtimalı daha yüksəkdir. Xəstəliyin ölümcül nəticəsi təxminən 2% təşkil edir. Atəş, öskürək və ya nəfəs almaqda çətinlik çəkirsinizsə, həkimə müraciət edin.

 Virus necə yayılır?

Virusa yoluxmuş insanların bunu digərlərinə ötürməsi realdır. Koronavirus burun və ya ağzından sərbəst buraxılan kiçik damlalar, öskürək və ya asqırma vasitəsilə ötürülə bilər. Bu damcılar bir insanı əhatə edən əşyalara və səthlərə düşür. Digər insanlar əvvəlcə bu cür əşyalara və ya səthlərə, sonra gözləri, burnu və ya ağzına toxunaraq yoluxa bilərlər. Heç bir simptomu olmayan bir insandan yoluxma riski olduqca aşağıdır. Digər tərəfdən, bir çox insanda COVID-19-un əlamətləri zəif olur. Bu, xüsusilə xəstəliyin erkən mərhələlərində belə olur. Beləliklə, özünü xəstə hiss etməyən və yalnız yüngül öskürək olan bir insandan COVID-19 yoluxma riski mövcuddur.

Özümüzü necə qoruyaq və xəstəliyin yayılmasının qarşısını alaq?

Hər kəs üçün fərdi qorunma qaydaları Aşağıdakı qaydalara riayət etməklə sağlamlığınızı və başqalarının sağlamlığını qoruya bilərsiniz.

1.Əllərinizə mütəmadi spirt əsaslı məhsullar vurun və ya sabunla yuyun. Əllərin səthində hər hansı virus varsa, spirt tərkibli məhluldan istifadə və ya sabunla yumaq onu öldürəcək.

  1. Öskürən və ya asqıran insanlardan ən azı bir metr məsafədə dayanın. Burun və ya ağızdan öskürək və ya asqırma zamanı virusun ən kiçik damcıları ətrafa yayılır. Belə bir insana çox yaxın olmaq bu damcılar vasitəsilə virusa yoluxmağa səbəb ola bilər.
  2. Mümkün qədər əllərinizlə gözləriniz, burnunuz və ağzınıza toxunmayın. Əllər bir çox səthə toxunur və virus onlara çata bilər. Əllərdə olan virus isə göz, burun və ya ağıza düşə bilər. Bədənin bu hissələrindən virus orqanizmə daxil ola bilər və xəstəlik yarana bilər.
  3. Hər bir şəxs tənəffüs gigiyena qaydalarına ciddi əməl etməlidir. Bunu etmək üçün öskürəndə və ya asqıranda ağzınızı və ya burnunuzu dirsəyinizə tutun və ya salfet ilə ağzınızı örtün. Salfetlərdən istifadə də ətrafa virusun yayılmasının qarşısını ala bilər. Virus kiçik damcılarla ötürülür. Tənəffüs gigiyena qaydalarına ciddi əməl edərək başqalarını SARS, qrip və COVID-19 kimi virus xəstəliklərindən qoruya bilərsiniz.
  4. Özünüzü pis hiss edirsinizsə, evdə qalın. Qızdırma, öskürək və ya nəfəs almaqda çətinlik çəkirsinizsə, ən qısa müddətdə həkimə müraciət edin. Yerli sağlamlıq idarənizin göstərişlərinə əməl edin. Bu yolla özünüz barədə tibbi müəssisələri məlumatlandırır və kritik durum zamanı müdaxilənin əsasını qoyursunuz.

Özünüzdə koronavirus əlamətləri hiss etdikdə hara zəng etməli?

 Azərbaycanda koronavirusa yoluxan şəxs ilk olaraq təcili yardımın 103 xidmətinə zəng etməlidir. Daha sonra ev daxilindədirsə, ayrıca otağa keçib ailə üzvlərini yaxına qoymamalı, ağzına maska və ya sadəcə dəsmal bağlamalı, əgər çölə çıxa bilirsə, açıq havaya və geniş sahəyə çıxaraq təcili yardımı gözləməlidir. Təcili yardım onu Bakıda koronavirus müalicəsi üçün ayrılmış xüsusi klinikalara transfer edəcək, həmin yerdə lazımi analizlər aparılacaq. Cavablar neqativ çıxsa da, yəni sizdə koronavirus aşkarlanmasa da, 7 gün karantin müddətində həkim nəzarətində qalmalısınız.

Hüseyn Abdullah

Eastnews.org




Ana səhifəyə qayıt        Baxış: 799          Tarix: 1-03-2020, 03:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma