Rusiya Azərbaycan diplomatiyasını da tam nəzarətinə alır
Bu gün səhər saatlarında Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə adı ən çirkli qalmaqallarda hallanan keçmiş millət vəkili Elmira Axundova Ukraynaya səfir göndərildi.
Ovqat.com xəbər verir ki, Time TV saytı Prezidentin son Sərəncamlarını şərh edərkən belə yazıb.
Sayt bildirib ki, bununla bağlı iki həftə öncədən məlumat verib: “Bildirmişdik ki, Elmira Axundova səfir olmaq üçün Diaspora Komitəsinin sədri Fuad Muradova bir milyon dollar verib. Məhz bundan sonra onun səfir təyinatı dəqiqləşib. Elmira Axundova Kremlin adamı kimi tanınır, davamlı Rusiyada qeyri-rəsmi səfərlərdə olur.
Axundova ilə yanaşı Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyx Allahşükür Paşazadənin böyük qızının həyat yoldaşı Adış Məmmədov Çex Respublikasına səfir göndərilib. İsveç və Finlandiyada səfir olmuş Adış Məmmədov 1 il idi ki, Çex Respublikasına səfir getmək istəyirdi. Allahşükür Paşazadənin və qardaşı Cavanşir Paşazadənin Çexiyada geniş biznesləri var. Görünür, kürəkən səfir libasında biznesi nəzarətdə saxlayacaq.
Paylaş: