Xəbər lenti
Bu gün, 19:15
Bu gün, 16:00
Bu gün, 14:00
Bu gün, 12:20
Bu gün, 11:58
Bu gün, 10:08
Bu gün, 09:13
Dünən, 22:59
Dünən, 20:27
Dünən, 17:30
Dünən, 16:22
Dünən, 15:30
Dünən, 14:19
Dünən, 12:54
Dünən, 11:29
Dünən, 10:13
Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimlə Nikol Paşinyan iqtidarı arasında ziddiyyət, digər məqamlarla yanaşı, koronavirus pandemiyası səbəbindən daha da dərinləşməyə doğru gedir. Məsələ burasındadır ki, artıq bu virusun Dağlıq Qarabağda da yayılmasına görə məhz Nikol Paşinyan ittiham olunur. Qeyd edək ki, rəsmi məlumatlara əsasən, Qarabağda artıq 5 nəfərdə bu virus tapılıb, onlarla insan karantinə alınıb. Üstəlik, dünya koronavirus epidemiyası ilə mübarizə apardığı vaxtda Ermənistan işğal etdiyi bölgədə “prezident və parlament seçkiləri” keçirdi. Aprelin 14-də isə “prezident seçkisi”nin ikinci turu keçiriləcək. Elə Paşinyan iqtidarına qarşı olanları da narahat edən əsas məqamlardan biri məhz budur. Onlar bildirir ki, baş verənlər Ermənistanın hazırki rəhbərliyinin siyasi mübarizədə qələbə qazanmaq istəyinin insan faktorundan daha üstün olduğunu növbəti dəfə nümayiş etdirdi. Burada diqqət həm də ona yönəldilir ki, Cənubi Qafqazda koronavirusun ən çox yayıldığı ölkə Ermənistandır.
Burada, rəsmi məlumatlara əsasən, artıq 1000-dən yuxarı yoluxma halı var. Lakin media real rəqəmlərin və ölüm faktlarının gizlədildiyini yazır. Bu durumda Nikol Paşinyan, koronavirus təhlükəsinə rəğmən, keçmiş hakimiyyət üzərində qələbəni tam əldə etmək üçün işğal altındakı ərazilərdə “seçki”nin ilk turunu keçirdi. “Seçki”nin ikinci turunun aprelin 14-də keçiriləcəyi gözlənilir. Belə görünür, separatçı rejim “seçki” şousunu davam etdirmək niyyətindədir. Bu biabırçılığın qarşısını almaq üçün dünya birliyi Ermənistana və separatçı quruma hansı formada təzyiqlər etməlidir?
Məhəmmədəli QƏRİBLİ
"Bakı Xəbər"
Burada, rəsmi məlumatlara əsasən, artıq 1000-dən yuxarı yoluxma halı var. Lakin media real rəqəmlərin və ölüm faktlarının gizlədildiyini yazır. Bu durumda Nikol Paşinyan, koronavirus təhlükəsinə rəğmən, keçmiş hakimiyyət üzərində qələbəni tam əldə etmək üçün işğal altındakı ərazilərdə “seçki”nin ilk turunu keçirdi. “Seçki”nin ikinci turunun aprelin 14-də keçiriləcəyi gözlənilir. Belə görünür, separatçı rejim “seçki” şousunu davam etdirmək niyyətindədir. Bu biabırçılığın qarşısını almaq üçün dünya birliyi Ermənistana və separatçı quruma hansı formada təzyiqlər etməlidir?
Rəşad Bayramov:“Dünya birliyinin əlində kifayət qədər əsas var ki, qondarma “seçkilərin” ikinci turunu əngəlləsin”Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Rəşad Bayramov “Bakı –Xəbər”ə açıqlamasında bildirdi ki, hətta koronavirus pandemiyası olmasaydı belə, qondarma “Dağlıq Qarabağ Respublikası”ndakı “ seçkilər” beynəlxalq hüquq baxımından qanunsuzdur:“Pandemiya dövründə “seçkilər”in keçirilməsi isə təkcə beynəlxalq hüquqa olan laqeydlik deyil, həm də Dağlıq Qarabağ ermənilərinə qarşı məsuliyyətsiz hərəkət olaraq, danışıqlar prosesində qeyri-konstruktiv addım kimi qiymətləndirilməlidir. Koronavirus infeksiyasının geniş yayıldığı bir şəraitdə əhaliyə biganə yanaşmaq onu göstərir ki, onlar üçün siyasi oyunlar insanların sağlamlığından daha vacibdir. Bütün bunların nəticəsidir ki, əvvəlki illərlə müqayisədə müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatların sayı bu il daha da artıb. Bunda, təbii ki, koronavirus da müəyyən rol oynayıb. Dəfələrlə ATƏT-in Minsk Qrupu, Avropa Birliyi bu “seçkiləri” qəbul etməyib. Bu il də Qoşulmama Hərəkatına üzv olan dövlətlər də daxil olmaqla dünya ictimaiyyəti bu “seçkilr”i pisləyən bəyanatlarla çıxış etdi. İkinci bir tərəfdən, separatçı rejimin özünün də daxilində “seçkilər”in 14 aprel tarixində keçirilməsi nəzərdə tutulan ikinci turu ilə bağlı fikir ayrılıqları meydana çıxıb. “Prezidentliyə namizəd” və ikinci turda A.Arutunyanın rəqibi olan Masis Mailyan əhaliyə müraciət edərək onları “seçkilərin ikinci turu”nda iştirakdan imtinaya çağırıb. M.Mailyan da koronavirus pandemiyası ilə bağlı təhlükəni nəzərə alaraq “seçki”lərin təxirə salınmasını istəyib. Düzdür, M. Mailyanın ordakı insanların qeydinə qalaraq belə bəyanat verdiyini söyləmək olmaz. M.Mailyanın daha çox məğlub olacağını bildiyi və vaxt qazanmaq üçün bu cür bəyanatla çıxış etdiyi aydındır. Amma buna baxmayaraq, ikinciturda iştirak edəcək iki “namizəddən” birinin belə bəyantala çıxış etməsindən Azərbaycan hökuməti də istifadə etməlidir. Azərbaycanın da koronovirusla üz-üzə qaldığı dönəmdə, vəziyyət nə qədər kritik olsa da, bu məsələ arxa plana keçirilməməlidir. İstər ölkənin rəsmi qurumlarının, istər xarici ölkələrdəki səfirlik və konsulluqlarımızın, istər diaspora təşkilatlarımızın, istərsə də siyasi partiyalar və ictimai təşilatların bu məsələdə bütün imkanlarını səfərbər edərək separatçı rejimin iç üzünü bütün dünya ictimaiyyətinə çatdırması istiqamətində vahid cəbhə şəklində fəaliyyət göstərməsi lazımdır. Eyni zamanda, dünya birliyinin əlində kifayət qədər əsas var ki, qondarma “seçkilərin” ikinci turunu əngəlləsin. Həm separatizm, həm də pandemiya ilə bağlı əsaslar onlara imkan verir ki, Ermənistan və qondarma quruma “seçkini” ləğv etməklə bağlı sərt xəbərdarlıqlar etsin”.
Məhəmmədəli QƏRİBLİ
"Bakı Xəbər"
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar