Xəbər lenti

 
 
“14 iyul Azərbaycanda BİRLİK günü kimi qeyd olunsun”.
 
Ovqat.com xəbər verir ki, AMİP Siyasi Şurasının üzvü Rəşad Bayramov bu təkliflə çıxış edib. 
 
Siyasətçi təklifini belə əsaslandırıb:
 
“Dünən hakimiyyəti və ya müxalifəti müdafiə etməsindən, bitərəf olmasından asılı olmayaraq hər kəsin - polisin də, sahibkarın da, dövlət qulluçusunun və ya işsizin də, sosial statusundan və ideoloji baxışlarından asılı olmayaraq, ürəyi bir amal uğrunda döyünürdü. Bu amal torpaq bütövlüyümüzün bərpası uğrunda mübarizə idi.Dünənki gün millət olaraq bütünləşdik. Şəhidlərimiz ölümləri ilə ölümsüzləşməkdən savayı həm də bu milləti bir yumruq kimi birləşdirməyə müvəffəq oldular. Əsl BİRLİK nümayişi idi 14 iyul gecəsi. Təklif edirəm ki, bundan sonra hər ilin 14 iyul tarixi Azərbaycanda BİRLİK günü kimi qeyd olunsun”.


Ana səhifəyə qayıt        Baxış: 5 947          Tarix: 15-07-2020, 12:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma