Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Almaniya ABŞ lideri Donald Trampın Rusiyanı "Böyük yeddiliyə" (G7) qaytarmaq təklifinə qarşıdır.
Ovqat.com xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər naziri Hayko Maas “Rheinische Post” qəzetinə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Rusiyanın bu formatdan çıxarılması Krımın ilhaqı və Ukraynada törətdiyi təxribarla bağlı olub. "Nə qədər ki bu məsələ həll edilməyib, mən Rusiyanın G-7-ə qayıtmasına lüzum görmürəm", — deyə Maas qeyd edib.
Almaniyanın Xarici İşlər naziri təkcə Rusiyanın deyil, başqa ölkələrin də G7 sammitinə dəvət olunmasına razı deyil. "Biz G7 və ya G20 formatını normal hesab edirik, lakin G11 və ya G12-ə qarşıyıq", - deyə o vurğulayıb.
Bundan başqa, Mass bəyan edib ki, Almaniya Donbassla bağlı Minsk razılaşmalarının həyata keçirilməsi prinsipinə sadiqdir. O əlavə edib ki, söhbət Ukraynanın şərqindəki problemin həllindən gedirsə, Krım məsələsi də müzakirə masasına yatırılmalıdır.
Qeyd edək ki, G-7 tutuculuğu əsassız deyil. ABŞ prezidenti Donald Tramp may ayının sonunda G7 zirvəsini payızadək təxirə salmaq və bir neçə başqa dövlətlərin toplantıya dəvət olunması təklifiylə çıxış etmişdi. O, Rusiyadan başqa Avstraliya, Cənubi Koreya və Hindistanı da əsas namizəd kimi göstərmişdi. Amerika prezidenti onun fikrincə, G7 artıq "köhnəlmiş qrupdur" və yenilənməyə ehtiyacı var. Trampın bu təklifinə Avropa İttifaqı ölkələri və Kanada qarşı çıxmışdılar.
Rusiya 2014-cü ilin mart ayında Krımı ilhaq etməmişdən əvvəl G8-ə daxil idi. İlhaqdan sonra "səkkizlər" in (Fransa, Böyük Britaniya, ABŞ, Almaniya, Yaponiya, İtaliya və Kanada) digər üzvləri Soçidə keçirilməsi planlaşdırılan sammitdən və ümumiyyətlə Moskvanın iştirakı ilə görüş keçirməkdən imtina etdilər. Beləcə, G8 G-7-yə çevrildi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar