Xəbər lenti
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Jalə Mütəllimova
AMEA prezidenti Ramiz Mehtiyev hər kəsi qarşısına alan ikinci və daha sərt açıqlama ilə çıxış edib. Hədəfindəki adlardan ibarət konkret siyahı açıqlayıb. Amma məsələ bununla bitmir.
Azərbaycan dövləti Rusiya ilə təhdid olundu:
- "Belə çirkin oyunların alətinə çevrilənlər nəzərə alsınlar ki, onlar öz çıxışlarında tez-tez Rusiyanın adını hallandırmaqla ilk növbədə müstəqil dövlətimiz üçün ciddi problemlər yaradırlar. Onlar faktiki olaraq Rusiyanı ölkəmizin idarəetmə strukturlarında böyük casus şəbəkəsi formalaşdırmaqda ittiham edir, bununla da Moskvadakı bəzi maraqlı dairələrə Azərbaycanı təxribata çəkməyə bəhanə verirlər. Belə məsuliyyətsiz və təhlükəli oyunlardan çəkinmək lazımdır. Öz xalqının gələcəyini, vətəninin sabitliyini və rifahını düşünən heç bir azərbaycanlı belə işlərə qol qoymamalıdır. Hər kəs verdiyi bəyanatın məna tutumu, onun yaradacağı effekt və doğuracağı təhlükəli problemlər haqqında düşünməlidir. Xüsusilə də Azərbaycanın yerləşdiyi bölgənin geosiyasi həssaslığını nəzərə alsaq, ölkəmizdə verilən bütün siyasi bəyanatlar yüz ölçülüb bir biçilməlidir"...
Müxalifət tərifləndi:
- "Müxalifətin bir siması var". (Bu arada Milli Şura da akademikin kadrı olması barədə söhbətlər dolaşan Gültəkin Hacıbəyli, onun kürəkəni və qudasının qolu qandallı məhkəmə qarşısına çıxarılmasına qarşı çıxıb-red). Yəni bu tərif təsadüf sayılmaz.
Siyasətçilər və media simaları, məhkəmə, həbslərlə, təhdid olundu. Sirr deyil, məhkəmə hüquq sistemində yetərincə akademiksevərlər mövcuddur. Hətta kürəkənə və qudaya cəza kəsən hakimin də bu kateqoriyadan olduğu barədə məlumat var. Yəni cəza kəsmək təsadüfən hakim xanıma həvalə olunmayıb. Deyilənlərə görə o da akademiksevər sayılır.
***
Gələk AzerFreedoma, Qurban Məmmədovun canlı efir oyununa. Qurban bəy, oyunları ilə məhşur biridir. "Ramiz Mehdiyev canlı yayında olacaq" anonsu verdi. İnsanları qıcıqlandırdı, ələ saldı. Akademiki müdafiə elədi. Q.Məmmədovu yaxşı tanıyan biri kimi, sosial mediada, bu anonsdan qıcıqlanmış insanlara, "hirslənməyin, bir də gördünüz heç çıxmadı" statusu yazmağımla, onun R.Mehdiyev efirə çıxmayacayını anons etməsi arasında cəmi üçcə dəqiqə interval oldu.
Əslində nə baş verdi? Özünün də dediyi kimi gecə yatmayıb, planlar müzakirə edən (kimlə, bəlli deyil-red), Q.Məmmədov, aşkar cinahını açıqladı. Akademiki müdafiə etdi. Ona işlədiyi barədə deyilənləri mövqeyi ilə isbatladı. Sonrakı oyunbaz tənqidi və ölkə başçısına efir təklifi isə gülməli göründü.
Diqqət edək, Q.Məmmədov daha nə etdi Ramiz Mehtiyev üçün?
-Bir nazirin erməni kökənli olması barədə dəqiqləşdirilməmiş xəbəri tirajladı.
-Söyüş mediası fəallarından, həbs edilib Bakıya gətirilmiş Elvin adlı birinin səsini efirə təkrar çıxarmaqla, Azərbaycanda başqa bir cinaha çalışan, Qənimət Zahidi hədəf etdi.
-Prezidendən incik olsa da onun tərəfində olduğunu göstərməyə çalışdı. Bu hələ də böyük köməyə olan ümid kimi də anlaşıla bilər.
Yəni Q.Məmmədov, R.Mehdiyev indi düşdüyü duruma səbəbkar olan cinahlara hucum ediləcəyi barədə mesajlar verdi. O, bir nazirin yaxın çevrəsindən, Qənimət Zahidin himayəçilərindən, nə qədər hədəf etmədiyini dilə gətirsə də, dövlət başçısınndan şübhəlidir.
Üstəlik, dövlətə hədə-qorxu gəlir ki, lazım gələrsə mühacir tv-lərin efirinə də çıxar.
83 yaşlı R.Mehtiyev, ölkədə hər kəsə, özü də təkbaşına meydan oxuyur. Hamı bir, o tək.
Yeri gəlmişkən, indi çoxu maraqla AMEA, Təhlükəsizlik Şurası, Əfv Komissiyası, YAP Siyasi Şurası, FHN və BDU-dan R.Mehdiyevlə ailəsinə dair xəbər gözləyir.
Bu arada R.Mehtiyevi təkcə AzerFredoom müdafiə etmədi. Eyni xətti Osmanqızı Tv tutdu. Yəni, Mili Şuranın AzTV-si. Bundan başqa, "Azad söz" mühacir media quruluşu da eyni mövqeliliyini hiss etdirir. Onlar ölkədə klanların açıq savaşının başlamasını tirajlayır. Bu mühacir TV-lərin Azərbaycandan himayə olunması və himayədarın aydın görünməsi də şübhə doğurmur artıq. Qaldı o ki, niyə iki daş arasında Qənimət Zahid "vuruldu"? Onun hakimiyyətin digər qanadına, həm də Milli Şura içərisində xidmət göstərdiyi barədə söhbətlər var idi. Q.Məmmədov və akademik, o cinaha sadəcə deşifrə edilə biləcəklərini anons etdi.
Maraqlı bir detal daha. Bəlli olaylardan bir neçə gün öncə ölkəni tərk edən Prezidentin sabiq köməkçisi Əli Həsənov. Onun məlum toyda iştirak etməmək üçün Türkiyəyə yollanması istisna deyil. Ürəyində qəfildən probleminin olması (əməliyyat keçirdiyi sirr deyil-red), Ə.Həsənovu çox ciddi bir məsələdə qorudu. Eyni zamanda Ə.Həsənov bu olayların hansısa qatında ola da bilər. Nələrdənsə mütləq xəbərdardır. Türkiyədə görüşlər keçirməmiş deyil. Qısacası, həmişəki kimi təcrübəsi, onun qıvraq "oyunçu" olduğunu göstərdi.
...Qarşıdakı günlərdə daha nələrin olacağı hələlik bəlli deyil. Bəlli olan bir bu ki, uzun müddət xəbər lentləri sürətlə təzələnəcək. Amma bu da dəqiqdir, ölkədə təhlükəli mənzərə yaranıb. Özündən muğayat ol, MƏMLƏKƏT!
26.08.2020
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar