Xəbər lenti


 
“Bircə ona ümid etmək qalıb ki, Rusiya öz silahlı qüvvələrini Belarusda etirazların qarşısını almağa göndərməyəcək”.
 
Ovqat.com xəbər verir ki, Almaniyanın kansleri Angela Merkel bunu dünən - avqustun 28-də Berlində keçirdiyi mətbuat konfransında bildirib.
 
Jurnalist Merkeldən Rusiya prezidentinin Belarusa yardım üçün hüquq-mühafizə orqanlarında ehtiyat qüvvələri formalaşmasına münasibətini soruşub. Merkelin cavabı isə xeyli qısa olub: "Ümid edirəm ki, məsələ bu cür güclərdən istifadəyə qədər uzanmayacaq". 
 
Onun sözlərinə görə, rəsmilərin mövqeyindən fərqli olaraq fikirlərini ifadə etmək istəyən etirazçılar da var və “onlar ölkə problemlərini kənar müdaxilə olmadan müstəqil şəkildə edə bilməlidirlər".
 
Merkel bildirib ki, Almaniya Rusiya ilə münasibətləri saxlamaq istəyir və buna görə də “kəskin nəticələr” çıxarmağa tələsmir.
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 564          Tarix: 29-08-2020, 10:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma