Xəbər lenti

 
Jalə Mütəllimova
 
Sovetlər dönəmi uşağı olmuşam. Yaxşı xatırlayıram babam o dövrdə,  sovetlər dönəmində, elmi ateizmin tüğyanı zamanı olsa belə, dindar olmağı ilə seçilirdi rayonda. Ərəbi, farsı təmiz bilirdi. Dini təhsili vardı. Bircə an ibadətindən döndüyünü görmədim. Orucunu, namazını, əksik etməzdi. Fitrə-zəkatından qalmazdı. Rayonda babam Imam Hüseynin şəhadət gününü, qətl gününü, imanlı insanların qeyd etməsi üçün bütün şəraiti yaradırdı. Dəfələrlə incidib yoxlamışdı onu "KQB". Babam nə fasın, nə ərəbin yox, Allahın mömini çıxmışdı o qorxunc yoxlamalardan...
 
İndi imanlının, imansızın, satqının şərəsfizin bəlli deyil, ya Allah, ya Hüseyn. Üstünüzdə siyasət də qurublar, oyun da, terror təşkilatları da. 


 
Və məhərrəm ayının, qətl günündə, karantin rejimində, xəstəliyin baş alıb getdiyi zamanda,  imanı, dini, həqiqi Allahsevərliyi olan adam, küçə-küçə tökülüb etiraz edər, adamları  səksədərmi yuxudan? Əsla!

***
Bakı, jurnalistlər binası. Ölkə bioloji müharibə aparır. Şah Hüseyn, vah Hüseyn ağısına çıxdım evimin balkonuna. Bir topa adam, sinə döyür, zincir vurur, məhlələri dolaşır. Qapalı məscidlərə etiraz edirlər guya.
 
Polis qarşı çıxsa, dövlət "dindarları" döydü olacaq. 
 
Başqası nəsə desə, bəs hanı tolerant dövlətisiniz, sualı var!?.
 
...Və bu faktdır,  İRAN Azərbaycanda işləyir?
 
Doğurdan da  ümidi Allahadır bu dövlətin,  Azərbaycanın. Rusiya, Qərb, Avropa, hələ İran da işləyir burda, ya Allah, ya Hüseyn, sən ki, bilirsən?!
 
30.08.2020.


Ana səhifəyə qayıt        Baxış: 3 520          Tarix: 30-08-2020, 13:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma