Xəbər lenti

 
NATO bloku Qara dəniz regionunun militarizasiyasına can atır və müntəzəm olaraq Qara dəniz hövzəsinə daxil olur.
 
Ovqat.com xəbər verir ki, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu dünən mətbuat açıqlamasında belə deyib.
 
Onun sözlərinə görə, Şimali Atlantika bloku Qara dəniz sahili ölkələrdə hərbi infrastrukturu inkişaf etdirir: “aerodromları, hərbi dəniz bazalarını, avtomobil və dəmir yollarını müasirləşdirir, silah və texnika anbarları yaradır”.
 
“Alyans həmçinin bölgədə raket əleyhinə müdafiə sistemi yerləşdirməyə davam edir. 2019-cu ildə Rumıniyada Aegis Ashore raketdən müdafiə kompleksinin təkmilləşdirilməsi üzrə işlər görülüb. Kompleksin qanadlı raketləri Avropa Rusiyası ərazisindəki hədəfləri vura bilər”,-Soyqu belə deyib.
Şoyqu bildirib ki, yaxın zamanlarda NATO Amerikanın əlavə hərbi kontingentini Polşaya göndərməyi planlaşdırır. Bununla yanaşı, NATO-nun Şərqi Avropada yerləşən bölmələrinin sayı 10 min hərbçini ötüb.
 
Qeyd edək ki, NATO-nun Qara dəniz sahillərində hərbi dislokasiyası son zamanlar rəsmi Moskvanı ən çox narahat edən məsələlərdən birinə çevrilib. Avqustun 21-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov da "Trud" qəzetinə müsahibəsində bildirmişdi ki, informasiya savaşı da daxil olmaqla, Rusiya ilə bütün sahələrdə mübarizə alyansın mövcudluğunun mənasına çevrilib.
 
Rusiyanın “Vesti.ru” nəşrinin məlumatına görə, blok xüsusilə "Şərq cinahında" geniş fəallıq nümayiş etdirir. Alyans yeni ölkələri Rusiyadan müdafiə şüarı altında öz "çətiri" altıa alır, hərbi-siyasi təsir dairəsini genişləndirməyə davam edir.
 
"Real təhlükəsizlik təhdidləri olmadığı halda, bütün bu dislokasiya tədbirləri yalnız Avropada yeni ayırıcı xətlərin yaranmasına və dərinləşməsinə gətirib çıxara bilər", – deyə Müdafiə naziri S.Şoyqu bildirib.
 


Ana səhifəyə qayıt        Baxış: 3 252          Tarix: 6-09-2020, 07:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma