Xəbər lenti

Donald Tramp və Ərdoğanın noyabr görüşü, Türkiyənin S-400 alışı ilə bağlı qərarını dəyişdirmədi. Şəxsi araşdırma - kəşfiyyat şirkəti Stratforun hərbi təhlilçisi Ömər Lamraninin sözlərinə görə, Ankaranın Rusiya raketdən müdafiə sistemlərini alması NATO daxilində ciddi dəyişikliklərə səbəb oldu.

O, Rusiyadan silah alaraq, Türkiyə "digər NATO ölkələri ilə gərəkli əməliyyat uyğynluğunu pozur" dedi. İttifaqı zəiflətmək üçün Türkiyənin NATO-dan ayrılmasına ehtiyac yoxdur. Sadəcə Türkiyənin əməkdaşlıq etməməsi onu strateji vacib bölgədə poza bilər.
Türkiyə yalnız ABŞ-dan sonra ikinci ən böyük hərbi qüvvə deyil. Bu ölkə Şərqi Aralıq dənizi və Qara dənizdəki ittifaqı birləşdirir. "Türkiyə, Bosfor və Çanaqqala boğazlarına nəzarət edir, Qara dənizin giriş və çıxış yollarını qoruyur ... və Türkiyə, tarixən Rusiyanı Orta Şərqdəki vacib neft bölgələrindən mümkün qədər uzaq tutmağa kömək etdi "deyə "Business Insider" Lamaranidən sitat gətirir.
Qara dənizdəki ən böyük donanma Türkiyənindir və Rusiya donanmasından daha böyükdür. Bu, NATO-ya  bölgədə həlledici imkanlar verir. Soyuq Müharibə başa çatdı, Türkiyə ordusu öz imkanlarına görə digər NATO ölkələri ordularından daha irəlidədr və buna görə daha vacibdir. Qara dənizin sahillərini yuduğu  ölkə olmaqla, Qara dəniz bölgəsi ölkələrinin bu hövzəyə girən və çıxan gəmilərin sayını və ölçüsünü məhdudlaşdıran Montre Konvensiyası ilə bağlı deyil. Bundan əlavə, konvensiya digər ölkələrin gəmilərinin Qara dəniz hövzəsində qalmasını məhdudlaşdırır.
"NATO Rusiya ilə qarşıdurmada Türkiyənin köməyinə arxalana bilməsə, bu, o deməkdir ki, Şimali Atlantika Alyansı Qara dənizdəki ən vacib dəniz oyunçusunu itirdi", - deyə Lamarani izah edib.
Muxalifet.az




Ana səhifəyə qayıt        Baxış: 584          Tarix: 25-11-2019, 14:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma