Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
Müsahibimiz AMİP sədrinin müşaviri Oqtay Sadıqovdur. O, həmçinin “Qaçqın və Deportasiya Olunmuşlara Dayaq” İctimai Birliyinin sədridir. Onun “Ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırım canlı xatirələrdə” adlı kitabının ciddi rezonans yaratdığını nəzərə alaraq özü ilə həmsöhbət olmağı qərara aldıq.
Oqtay Sadıqovun Ovqat.com-a müsahibəsini təqdim edirik.
-Oqtay müəllim xoş gördük. Necəsiniz?
-Çox sağ olun, təşəkkür edirəm.
-Sizin Qərbi Azərbaycandan, öz elindən, yurdundan qaçqın düşmüş həmvətənlərimizə aid yazılarınız və kitablarınız nədən qaynaqlanır?
-Bu fəaliyyətimin əsas səbəbi, mənim özümün də ulu babalarımın da minillər boyu orada yaşayıb yaratması olub. Ancaq acı reallıq ondan ibarətdir ki, elə mürəkkəb tarixi – coğrafiyada yerləşmişik ki, son üç yüz ildə, rus fars imperiyasının birgə fəaliyyəti nəticəsində vətənimiz param – parça olunub. Mən bir tarixçi olaraq deyə bilərəm ki, millətimiz bu illər ərzində tarixin müxtəlif vaxtlarında çox böyük faciələrlə üz - üzə qalıb.
- Bu faciələr sizin və babalarınızın canlı yaddaşında hansı izləri buraxıb?
-Mənim uşaqlığım II Dünya müharibəsinin qanlı illərinə təsadüf edir. Bir yandan müharibənin törədiyi fəkakətlər, digər tərəfdən kəndə gələn qara kağızlar, bu azmış kimi kəndimizin ermənilər tərəindən dağıdılaraq xarabalığa çevrilməsi nəinki mənim, eləcə də dinc yaşamaq istəyində olan insanların həyatında, dərin sağalmaz izlər buraxmışdır. Ata və babalarımızın başına gətirilən bu müsibətləri eşidən və bir çoxlarını özümün canlı olaraq gördüyüm bu hadisələri yazıya almaq çox çətindir. 2019-cu ildə çap olunmuş kitabımda da bu barədə qeydlərim var. Faciələr bizim ailədən də yan keçməyib. 1906-1907 – ci il soyqırımında atamın əmisi və iki dayısı, 1918 – ci il soyqırımında 23 yaşlı Xankişi əmim, ata və anamın 30 nəfərə yaxın qohumları, erməni vəhşiliyinin qurbanı olublar. Məlum 1988-ci il hadisələrindən sonra deportasiya olunan anam, atam, əmim, dayım, xalam və son 4 soyqırım və deportasiyanın məşəqqətlərinə məruz qalmış digər qohum və həmkəndlilərim doğma yurd-yuvalarından çox–çox uzaqlarda, ata–baba torpaqlarımıza qayıtmaq həsrəti ilə dünyasını dəyişdi.
- Oqtay müəllim məlumdur ki, ermənilər Rusiya ilə İran arasında Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra bu bölgəyə köçürülmüşdür. Bəs necə oldu ki, ermənilər yaxın bir tarix ərzində bütün tarixi saxtalaşdırmağı “bacardılar”?
-Çox doğru söylədiniz. Ermənilər İran ərazilərindən gəldikləri barədə Ağdərə rayonun Şıxarx qəsəbəsində 1978 – ciildə bu torpaqlara köçüldükləri yubiley ilini əks etdirən “Marağa 150” adlı bir abidə ucaltmışdılar. Çar Rusiyası dövründə 200 erməni ailəsinin İranın Marağa şəhərindən Azərbaycana köçürülməsi tarixi sənədlərdə öz əksini tapır. Əsl həqiqət bu idi ki, ermənilər bura 1828-ci ildən köçürülmüşlər. 1988-ci il hadisələri başlayan kimi abidəni sökdülər. Səhv etmirəmsə abidənin qalıqları hələ də qalmaqdadır. Ermənilər çox saxtakar bir millətdir. Xüsusilə tarixi saxtalaşdırmağın mahir biliciləridi. Bizim millətə aid olan bütün tariximizi, mənimsəyərək mədəniyyətimizə aid bütün sahələri özünküləşdirirlər. Minillər boyu babalarımızın yaşayıb yaratdığı ərazilərin adlarını dəyişdirirlər. Adlar yerin, torpağın danışan dilidir, onun üstündə yaşayanların ən etibarlı, uzunömürlü ünvanlarıdır. Elə doğulduğum Zəngəzur adını belə saxtalaşdıraraq erməni adı ilə adlandırmaqdan çəkinmirlər. Zəngəzur adı tarixən burada yaşamış türk tayfası olan zəngilərin adı ilə bağlıdır. Bu günə qədər hələ də qalan Zəngi çayı, Zəngibasar, Zəngilan, Zəngan və başqa toponimlər bir daha sübut edir ki, bu ərazilərin ermənilərlə heç bir əlaqəsi olmamış, onlar əsasən ruslar tərəfindən bu ərazilərə yerləşdirib.
Bir maraqlı məqamı da sizin diqqətinizə çatdırmaq istərdim. 1971 – ci ildə Tumanyan adlı erməni tarixçisi erməni dilinə aid rus dilində yazdığı əsərində kifayət qədər türk sözlərini kitabda açıq şəkildə nümayiş etdirib. Bu sözlərdən bir neçəsini diqqətinizə çatdırım. Məsələn: “seyr“, “kəran”, “kəs”, “tel”, “tər”, “yatak”, sözləri, hansı kı bu sözlər günümüzdə də, bütün türk ölkələrində işlənməkdədir. Bir sözlə ermənilər bizim ərazilərimizə köçürüldükdən sonra, dilimizdən, musiqimizdən, sənətimizdən, mətbəximizdən yararlananaq özlərinə bir “mədəniyət yaradıblar”.
-Sizcə təbliğat məsələsində ermənilərə tutarlı cavab verə bilirikmi?
-Düşünürəm ki, bu məsələlərlə bağlı çox işlər görməliyik. Ən əsas da gənclərin üzərinə böyük işlər düşür. Sanballı tarixi-elmi tədqiqat əsərlərin yaranmasına, özü də bir çox dillərdə yazılıb təbliğ olunmasına ehtiyacımız var. Bu sahədə işləri sürətləndirməliyik. Şəxsən mən də əlimdən gələn köməyi göstərməyə hər zaman hazıram.
-Son hadisələrlə bağlı fikirlərinizi bilmək istərdik, yəni 12 iyul erməni təxribatını nəzərdə tuturam.
-12 iyulda Tovuz hadisələri bir daha göstərdi ki, ermənilər bölgədə sülhün, əmin-amanlığın təmin olunmasına əngəl törədirlər. Bu qədər işğaldan sonra Azərbaycanı müharibə ilə təhdid edərək, sərhədlərimizdə təxribat törətməklə, beynəlxalq aləmə bir daha sübut etdilər ki, sülh istəmirlər. Bu şəkildə davam edərsə, Azərbaycanın işğal altında olan torpaqlarından çıxıb getməsələr Ermənistanın bir dövlət kimi mövcudluğu sual altında qalacaq. Yüz milyonlarla türk millətinin yaşadığı coğrafiyanın arasında üç milyonluq ermənilər, dinc sülh içərisində yaşayan insanlara əngəl ola bilməyəcək. Tarixi bir şərait yetişən kimi dövlətimiz işğal olunmuş ərazilərimizi, işğaldan azad edəcək. Əgər ermənilərin cinayətləri və saxtakarlıqları, davam edəcəksə bu onların acı sonluğu ilə bitəcək.
Söhbətləşdi: Nuranə,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar