Xəbər lenti
 
 
Misirin “Cairo24.com” saytının Yaxın Şərqdəki terrorçu qrupların Dağlıq Qarabağa aparılması ilə bağlı xəbəri dünya ictimai rəyində ermənilərin əleyhinə mənfi fikir yaratdığından qarşı tərəf də eyni metodlarla bizə qarşı informasiya hücumuna başlayıb.
 
Ovqat.com-un məlumatına görə, erməni təbliğat makinası uydurduğu yeni dezinformasiyasında açıq-aydın “Cairo24.com”-u yamsılama elementləri görünür.
 
Ermənilərin bu gün yaydığı “xəbər”:
 
Azərbaycan Ermənistana bir neçə məntəqədə hücum etməyi planlaşdırır — müharibə zonası
 
Wargonzo layihəsi (layihənin müəllifi Rusiya hərbi komandiri Semyon Peqovdur) İstanbuldakı mənbələrinə istinadən xəbər verir ki, "Sultan Murad diviziyası" qruplaşmasından olan türk muzdluları Bakıya üç reyslə gətirilib. İlk reyslə gətirilən 234 yaraqlı Yevlaxda yerləşdirilib. İkinci reyslə gətirilən yaraqlılar 72 nəfərdən ibarət iki hissəyə bölünərək bir qrupu Qəbələyə, digər qrupu isə Gəncəyə göndərilib. Üçüncü reyslə gətirilən daha 44 yaraqlı Naxçıvanda yerləşdirilib.
 
Müharibəsonzo layihəsinin Analitik Departamentinin fikrincə, terrorçuları ölkənin müxtəlif sahələrində yerləşdirməklə Azərbaycan cəbhə xəttinin bir neçə istiqamətindən Ermənistana hücum planlaşdırır.
 
Ermənilərin yamsıladığı “Cairo24.com”-un məlumatı
 
“Bildirilir ki, Ermənistanla Azərbaycan arasında bu ilin iyulunda baş vermiş gərginlikdən sonra PKK yaraqlılarının Ermənistan silahlı qüvvələrinin sıralarına cəlbi əməliyyatı fəallaşıb. Bu dövrdə bir qrup PKK yaraqlısı, həmçinin onların komandirləri tranzit olaraq İraq və Suriyadan keçməklə, Ermənistan ərazisinə gəlib. Məlumatlı mənbələrin bildirdiyinə görə, Ermənistana gəlmiş PKK yaraqlılarından ibarət ilk qrupda 25 nəfər yer alır. Onlar Türkiyə ərazisindən İraqa gedərək, PKK-nın əməliyyat mərkəzi olan Qəndil düşərgəsində təlim keçənlərdir. Qrupun hərbi hazırlıq keçən, diversiya əməliyyatlarının aparılması üzrə ixtisaslaşmış zabitlərdən təşkil olunduğu deyilir.
  

Məlumatda bildirilir ki, qrup iyulda əvvəlcə İranın Urmiya şəhərinə aparılıb, orada bir neçə gün İslam İnqilabı Keşikçiləri Korpusunun “əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin “Həmzə” batalyonunun qərargahında (qərargah Colh rayonunda yerləşir) qalıb, daha sonra Ermənistana yollanıb.
 
Hazırda Ermənistana keçmək üçün gözləyən daha iki PKK qrupu var. Birinci qrup PKK-nın Suriya qolu olan YPG-nin 250 döyüşçüsündən ibarətdir. O, Suriyanın Qamışlı rayonunda formalaşıb. Bu qrupun İraq ərazisində hərəkəti və daha sonra İrana keçirilməsilə iraqlıların Tehrana loyal “Bədr” təşkilatı məşğuldur. Plana əsasən, birinci mərhələdə və sentyabrın əvvəllərində həmin qrupdan 165 nəfər İranın İlam əyalətindəki sərhəd-keçid məntəqəsindən bu ölkəyə daxil olub və Mehran şəhərində yerləşib. Ertəsi gün qrup oradan Urmiyaya yola düşüb və yaxın günlərdə Ermənistana keçməyə hazırlaşır.
 
Qrupun Ermənistan ərazisinə keçirilməsi son mərhələdir. Məlumatda bildirilir ki, həmin qrup hücum əməliyyatlarının keçirilməsi üzrə ixtisaslaşmış yaraqlılardan ibarətdir. Bu da erməni ordusunun Azərbaycanın mövqelərinə diversiya və terrorçu üsullardan istifadə etməklə hücuma keçməyə hazırlaşdığını göstərir.
 
İkinci qrup isə Ərbildən cənubda, PKK-nın Maxmur hərbi bazasında yerləşir və 25 nəfərdən ibarətdir. Bu dəstə partizan müharibəsi aparmaq təcrübəsi olan döyüşçülərdən təşkil olunub. Qrup bu ilin avqustunda iki avtobusla Livan “Hizbullah”ının İraq qolu olan “Hərəkat əl-Nucaba” qruplaşmasının qərargahına, Bağdadın Sədr-siti rayonuna aparılıb. Sentyabrın əvvəllərində isə qrup İlam əyalətindən keçirilməklə İrana atılıb. Həmin qrupdan 17 nəfər sonradan Kirmanşaha göndərilib. Qalan 8-i İlam şəhərində qalıb17 nəfərlik qrup daha sonra Ermənistana keçmək üçün Urmiyaya aparılıb. 8 PKK yaraqlısı isə Tehrana gedib, oradan təyyarə ilə Yerevana uçub.
 
İraqdan İrana keçmək üçün isə PKK yaraqlıları çox güman, İranın Munziriyyə, Pərvizxan və Xanacini qəsəbələrindən tranzit məntəqəsi kimi istifadə edir.


Ana səhifəyə qayıt        Baxış: 3 584          Tarix: 25-09-2020, 20:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma