Xəbər lenti


"AZAL" aviaşirkəti tərəfindən aprelin 3-də İstanbuldan Bakıya çarter reysi yerinə yetirilib. Həmin reyslə Bakıya  106 nəfər   Azərbaycan vətəndaşı çatdırılıb.
Ovqat.com AZAL-a istinadən xəbər verir ki, aviaşirkət başqa ölkələrdəki vətəndaşlarımızı təxliyə edib.
Bildirilir ki, Londondan Bakıya uçan təyyarə ilə 69 sərnisin paytaxta gətirilib.
Bundan əlavə, dünən axşam Moskva şəhərindən (Vnukovo hava limanı) uçuş yerinə yetirən AZAL aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda enib və təyyarədə 123 sərnişin olub.
Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.
AZAL bir daha vətəndaşları ciddi zərurət olmadan evdən çıxmamağa və uçuşlar həyata keçirməməyə çağırır:  “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etmək hər birimizin borcudur”.


Ana səhifəyə qayıt        Baxış: 2 431          Tarix: 3-04-2020, 16:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma