Xəbər lenti

 
Rusiya prezidenti Vladimir Putin ABŞ-ı beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığı bərpa etməyə çağırıb. 
 
Ovqat.com-un məlumatına görə, Rusiya liderinin müvafiq bəyanatı sentyabrın 25-də Kremlin mətbuat xidməti tərəfindən dərc edilib.
 
Məlumata görə, Vladimir Putin qeyd edib ki, müasir dövrün əsas çağırışlarından biri rəqəmsal sahədə genişmiqyaslı qarşıdurma riskidir. O, həmçinin qeyd edib ki, onun qarşısının alınması üçün məsuliyyət bu sahədə əsas oyunçulara aiddir. Bəyanatda həmçini qeyd olunub ki, "bununla əlaqədar olaraq, ABŞ-a informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində münasibətlərin yenidən bərpası naminə kompleks praktiki tədbirlər proqramının təsdiq edilməsi təklifi ilə yenidən müraciət etmək istərdik".
 
Bundan başqa, Putin Amerika tərəfini beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə əsas məsələlər üzrə tammiqyaslı dialoqu bərpa etməyə, həmçinin, informasiya məkanında insidentlərin qarşısının alınması üzrə Hökumətlərarası razılaşmanı işləyib hazırlamağa çağırıb. Rusiya lideri bir-birinin daxili işlərinə qarışmamaq, o cümlədən informasiya texnologiyalarından istifadə ilə bağlı zəmanətlərin mübadiləsini məqsədəuyğun hesab edib.
 
 


Ana səhifəyə qayıt        Baxış: 2 674          Tarix: 26-09-2020, 09:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma