Xəbər lenti
 
 
Şərqi Azərbaycan vilayətinin rəhbərinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlyar Rastqu Rusiya hərbi texnikasının Şərqi Azərbaycan vilayəti ərazisində yerləşən Norduz sərhədindən Ermənistana ötürülməsi iddiasını qeyri-real adlandırıb.
 
Ə.Rastqu bildirib ki, "Son günlərdə bəziləri virtual məkanda şəkillər və videolar yayaraq, Şərqi Azərbaycan vilayətinin sərhəd-keçid məntəqələri vasitəsilə Rusiya hərbi texnikasının KamAZ” yük maşınları ilə Ermənistana göndərildiyini iddia ediblər, ancaq həqiqət budur ki, bu avtomobillərlə heç bir hərbi texnika daşınmayıb”.
 
Ə.Rastqunun diqqətinə çatdırırıq ki, "KAMAZ" həm yük, həm də hərbi təyinatlıdır. Rusların ermənilərə İran vasitəsi ilə göndərdiyi sözügedən "KAMAZ"lar da həmçinin. Üstəlik, yüklər təkcə "KAMAZ"dan ibarət olmayıb. Nəqliyyat vasitələri üzərində digər ağır hərbi texnikalar da nəzərə çarpırdı.
 
 


Ana səhifəyə qayıt        Baxış: 1 979          Tarix: 29-09-2020, 21:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma