Xəbər lenti

 
Rusiya mətbuatının Azərbaycana qarşı qərəzli mövqeyi, həmişə olduğu kimi, yenə də davam edir. Onlar bir tərəfdən Rusiya da daxil olmaqla başqa ölkələrdən gətirilərək Dağlıq Qarabağda ermənilər tərəfdən vuruşan muzdlu döyüşçülər haqqında məlumatlar yayır, digər tərəfdən də qardaş Türkiyə dövlətinin Azərbaycana göstərdiyi mənəvi dəstəyi pisləyirlər. 
 
Aydındır ki, məqsədləri Türkiyə dövlətini bu proseslərdən uzaqlaşdırmaq, Azəraycanı beynəlxalq aləmdə təkləməkdir. Əvvəlki yazılarımda da qeyd etmişdim ki, məğlubiyyətlə barışmayan Paşinyan öz hakimiyyətini və komandasının ömrünü uzatmaq üçün cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və kəndlərimizdəki dinc əhalini hədəfə alacaq və buna görə də biz ikinci cəhənin açılmasına, Ermənistanın şəhər və kəndlərini vurmaqla adekvat cavab verməyə hazır olmalıyıq. Odur ki, Azərbaycan rəhbərliyi tez bir zamanda qardaş Türkiyə dövləti ilə hərbi müttəfiqlik haqqında saziş imzalamalıdır. Bunu yubatmadan həyata keçirmək lazımdır, sabah gec ola bilər. Əgər Ermənistanın arxasında Kollektiv Təhlüksizlik Müqaviləsi Təşkilatının üzvü Rusiya duracaqsa, bizim də arxamızda NATO-nun üzvü olan Türkiyə dayanacaq. Dayanmaq, geri çəkilmək məğlubiyyətə bərabərdir və Qarabağın əbədi itirilməsinə səbəb ola bilər. Rusiya dövləti pulsuz şəkildə Ermənistanı davamlı olaraq silah-sursatla təmin edir. Kanada dövləti PUA uçuş aparatlarında istifadə olunan müşahidə komerlarının Türkiyəyə satışını dayandırdı. Bir sıra başqa dövlətlər də Ermənistanin arxasındadır. Bəs biz nəyi gözləyirik? Bu sual bu gün hər bir azərbaycanlını düşündürür. 
 
Rusiyanın konstitusiyasında belə bir bənd var ki, əgər başqa ölkələrdə yaşayan hər hansı bir rusun hüquqları pozularsa, Rusiya dövləti ora müdaxilə edə bilər. Aydındır ki, belə bir mürtəce qanuna başqa ölkələrin konstitusiyasında rast gəlmək mümkün deyil. Çünki hər bir vətəndaş yaşadığı ölkənin qanunlarına tabedir. Rusiya rəhbərliyinə sual olunur, əgər doğrudan da siz öz millətinizi belə çox sevirsinizsə, onda nəyə görə erməni separatçılarını silahlandırıb, Azərbaycanda yaşayan və döyüşən rusları və onlarla birlikdə digər millətləri – talışları, ləzgiləri, avarları, tatları, kürdləri, azərbaycanlıları və sair millətləri qırdırırsınız?! Axı özünüz BMT-də əl qaldırıb, səs vermisiniz ki, Qarabağ Azərbaycan torpağıdir və ermənilər qeyd-şərtsiz oranı tərk etməlidirlər!

 Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan ordusunun möhtəşəm qələbələri, xalqımızın sarsılmaz birliyi deməyə əsas verir ki, qələbə uzaqda deyil. Xankəndinə Azərbaycan bayrağını birinci sancmaq uğrunda yarışa girən aslanlarımıza “hələ dayanın” deyib, onlara zənzir çeynətməyin zamanı deyil. Dəmiri isti-isti döyərlər.
 
Qələbə bizimlədir!
 
Yaşasın Azərbaycanımızın igid əsgər və zabitləri!
Azərbaycan ordusuna eşq olsun!
 
Aləm Kəngərli, yazıçı, ehtiyatda olan zabit
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 137          Tarix: 15-10-2020, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma