Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Şanlı Ordumuzun cəbhədə göstərdiyi rəşadətlər davam etməkdədir. Hər gün səbirsizliklə yeni bir ərazinin işğaldan azad edilməsi xəbərini gözləyirik. İgid əsgərlərimizin yenilməzliyi qarşısında duruş gətirə bilməyən düşmən ordusu döyüş yerlərini tərk edərək qaçır. Başını itirən Paşinyan Ermənistan əhalisinə yalvarır ki, yığışın, dəstə-dəstə gedin Qarabağda döyüşməyə, yoxsa, axırımıza çıxacaqlar. Ancaq Paşinyanı nə arxa cəbhədə, nə də ön cəbhədə eşidən yoxdur. Ölkədə başıpozuqluqdur. Heç kim heç kimi saymır. Fərarilik baş alıb gedir. Bu ara rusiyalı kinorejissor Karen Şaxnazarov baltanı dibdən vuraraq, öz millətinin olub-qalan ümidlərini də puça çıxartdı. O, “Rossiya 1” telekanalına müsahibəsində etiraf etdi ki, Qarabağ Azərbaycan torpağıdır. Əgər onu işgaldan azad edən Azərbaycan Ordusunun qarşısı alınmazsa, Ermənistanın dünya xəritəsindən silinmək təhlükəsi ola bilər. Hazırda Qarabağ klanı hakimiyyətə gəlmək üçün Paşinyanın tam süqutunu gözləyir. Əgər Paşinyan zamanında İlham Əliyevin məsləhətlərinə qulaq assaydı, nə xalqını qırdırardı, nə də özü yaman günə qalardı. Görün, bu şərəfsiz nə qədər rəzil, naşı və axmaqdır ki, bir tərəfdən bizim əlimızdə olan leşlərinə yiyəlik eləmir, digər tərəfdən də özlərində olan cəsədləri sahiblərinə qaytarmır. İzi azdırmaq üçün meyitləri dərin quyularda basdıraraq onlara “itkin” adı verməklə, özünü xalqın qəzəbindən qurtarmaq istəyir. Ta qanmır ki, minlərlə cəsədı “itkin düşüb” statusu ilə gizlətmək mümkün deyil.
Dövlətimizin uzun illər boyu düzgün şəkildə apardığı beynəlxalq siyasət bugünlər öz bəhrəsini verməkdədir. Ermənilərin iç üzünə bələd olan nə Avropa dövlətləri, nə də ABŞ daha onların göz yaşlarına inanmır. Gecə vaxtı yataqda ikən Gəncənin dinc əhalisini raket zərbələrinə məruz qoyduqdan sonra isə ermənilərin faşist xislətli olması tamamilə aydınlaşdı və bütün dünya humanizm cəhətdən də bizim haqlı olduğumuzu gördü.
Putin Rusiyanın dünya şöhrətli havadanmüdafiə sistemlərinin Qarabağda türk PUA-ları tərəfindən asanlıqla məhv edilməsinə dözə bilməsə də, müharibənin Azərbaycan torpağında getdiyini, Qarabağ məsələsində bizi haqlı saydığını, Azərbaycanın ona dost ölkə olduğunu və döyüşlərə müdaxilə etməyəcəyini açıq şəkildə bəyan etdi. Bütün bunlar Türkiyə - Rusiya münasibətlərinin yaxşılaşmasından və Türkiyə dövlətinin Qafqaz bölgəsindəki nüfuzunun artmasından xəbər verir. Rusiya Ermənistanın hərbi müttəfiqi olsa da, dünyada getdikcə azalan nüfuzuna yeni zərbə vurmamaq və yaxın qonşusu olan Azərbaycanı itirməmək üçün bu addımı atdı. Axı separatçı dığaların əvəzinə rus əsgərlərini qurban verməyin heç bir mənası yox idi. Öz xalqını və dünya ictimaiyyətini ayağa qaldırmaq Rusiya rəhbərliyinə rüsvayçılıqdan başqa yaxşı heç nə vəd etmirdi. Biz Xocalı faciəsində bunun şahidi olmuşduq. Üstəlik dünya dövlətlərinin əksəriyyəti Qarabağ məsələsində Azərbaycanı tam dəstəkləyir. Təsadüfi deyil ki, ABŞ-ın dövlət katibi Pompeo Qarabağda müharibəni dayandırmaq üçün üçtərəfli danışıqlara başlayarkən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib dinlədikdən sonra Ermənistanın xarici işlər naziri Mnatsakyanı qəbul etdi. Çünki bizim fikrimizi öyrənmədən ermənilərlə söhbət etməyin heç bir mənası yox idi. Bütün dünya bilir ki, Qarabağ bizimdir, haqq bizim tərəfimizdədir, hüquqlarımız beynəlxalq qanunlarla qorunur və BMT tərəfindən dəstəklənən torpaqlarımızı çirkabdan təmizləməklə məşğuluq.
Bugünlər Azərbaycan Ordusunun qazandığı uğurlar başqa ölkələrdə siyasi arenaların əsas müzakirə obyektinə çevrilibdir. Ola bilsin, Azərbaycan xalqının öz torpaqlarının bütövlüyü uğrunda apardığı mücadilənin qığılcımları yaxın gələcəkdə Gürcüstana, Moldovaya, Ukraynaya və başqa dövlətlərə də sıçrasın. İnanıram ki, Ali Baş Komandanımızın rəhbərliyi altında həyata keçirilən haqq mübarizəmiz başqa ölkələrdəki separatçı qüvvələrin buxovlanmasına da öz müsbət təsirini göstərəcəkdir.
Çevrə getdikcə daralır. Qələbə müjdəsinə, Xankəndində Azərbaycan bayrağının dalğalanmasına çox az qalıb. Qarabağ müharibəsinin həllinə nida işarəsi qoymaq üçün əsgər və zabitlərimiz, artilleriya qüvvələrimiz və şahinlərimiz düşmənə son zərbələri endirməkdədir.
Qələbə bizimlədir!
Eşq olsun Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
Aləm Kəngərli,
Yazıçı, ehtiyatda olan zabit
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar