Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Elman Nəsirov: “Paşinyanın hakimiyyətdən getməsi zaman məsələsidir, yeni hakimiyyətə gələcək adam da...”
Prezident İlham Əliyevin Rusiyanın tanınmış “Rossiya l” telekanalına debat formatlı müsahibəsində Ermənistan baş naziri Nikol Paşinyanı susdurması, faktiki olaraq ifşa etməsi Rusiyanın da siyasi ekspertləri tərəfindən etiraf edilir. Qeyd olunur ki, Azərbaycan prezidenti Rusiya ictimaiyyətinin gözü önündə Nikol Paşinyana dərs verdi.Prezident İlham Əliyevin təkcə Paşinyana yox, ondan sonra gələcək şəxsə də dərs verdiyi bilidirilir. Qeyd edilir ki, Nikol Paşinyanın taleyi həll olunub, ondan sonra hakimiyyətə gələn qüvvə verilən dərsdən nəticə çıxarmalıdır və Ermənistanın düşmən siyasətini dəyişməyə məhkumdur.
Bu barədə “Yeni Müsavat”a danışan Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasının rəhbəri Elman Nəsirov vurğuladı ki, Nikol Paşinyana verilən dərs onun yerinə gələcək hakimiyyət üçün də dərs olacaq: “Ermənistanda iqtisadi və sosial vəziyyət dözülməz haldadır. Artıq nəinki müxalifət, hətta onun hakimiyyətə gəlməsinə dəstək verən qüvvələr də Paşinyandan üz döndərirlər.
Paşinyanın rəhbərliyi altında olan Ermənistan silahlı qüvvələrinin biabırçı məğlubiyyəti fonunda onun əleyhinə olan qüvvələr daha da birləşəcəklər. Ona görə də Paşinyanın hakimiyyətdən getməsi zaman məsələsidir. Amma burada incə bir məqam var. Əgər yeni hakimiyyətə gələcək adam da öz sələfləri kimi hərəkət edəcəksə, işğalçılıq siyasətindən imtina etməyəcəksə, onun da taleyi qısa zamanda sələflərinin taleyi kimi olacaq. Azərbaycan prezidenti İlham Əliyev Nikol Paşinyanla yanaşı, onun yerinə gələcək Ermənistan baş nazirinə də dərs vermiş oldu. Cənab prezident İlham Əliyev diaqnoz qoydu, bəyan etdi ki, Paşinyan hakimiyyətini də əvvəlki hakimiyyətin taleyi gözləyir.
İndi hadisələrin gedişatı bu diaqnozun da reallaşacağını göstərir. Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşləri nəticə etibarilə Serj Sərkisyan hakimiyyətinin getməsində katalizator rolunu oynadı və gedişi sürətləndirdi. İndi də Azərbaycan Ordusunun qələbələri Nikol Paşinyanın hakimiyyətdən getməsində katalizator rolunu oynayacaq. Bu, artıq zaman məsələsidir. Paşinyanı əvəz edəcək hakimiyyətin indidən aldığı ilk dərs bu olmalıdır”.
Elman Nəsirov
Deputat bildirdi ki, Azərbaycan Ordusu cəbhədə, eyni sarsıdıcı zərbəni İlham Əliyev isə diplomatik cəbhədə Ermənistana və onun baş naziri Paşinyana endirir. Yəni həm hərbi cəbhədə, həm diplomatik cəbhədə məhz cənab İlham Əliyevin rəhbərliyi altında düşmənə öldürücü zərbələr endirilməkdədir: “Rusiyanın birinci dövlət kanalında Vladimir Solovyovun verilişində Azərbaycan prezidentinin çıxışını təkrar göstərdilər və ekspertlər onu müzakirə edirdilər. Bir çox hallarda ermənipərəst mövqeyi ilə tanınan Solovyov belə Azərbaycan prezidentinin çox mükəmməl, çox ciddi faktlara, arqumentlərə söykənən söylədikləri qarşısında etiraf elədi ki, Azərbaycan prezidenti çox məntiqli, diplomatik savadlı danışır və elə nöqtələrdən zərbə endirir ki, Ermənistan rəhbəri tərk-silah olur. Cənab İlham Əliyevin bu müsahibəsindən geniş
Rusiya ictimaiyyəti bildi ki, Ermənistanın baş nazirinin rəhbərliyi altında Ermənistanın silalı qüvvələri Azərbaycanın yeni torpaqlarını işğal etmək üçün təxribatlar ediblər və edirlər, cavabları isə çox sərt şəkildə verilir. Azərbaycan Ordusu bu gün işğalçı erməni ordusunun bel sütununu sındırmaqdadır”.
Deputat qeyd etdi ki, artıq bir sıra məsələlərlə bağlı terminologiya məsələlərinə də baxmaq lazımdır. Sentyabrın 27-nə qədər haqqında bəhs olunan münaqişə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi, sentyabrın 27-dən artıq bu, Ermənistan-
Azərbaycan müharibəsidir: “İkincisi, mən bir məsələ ilə razı deyiləm ki, bir çox beynəlxalq təşkilatlar ”münaqişənin hərbi həll yolu yoxdur" deyir. Bu, kökündən yanlış yanaşmadır. 99 faiz münaqişələr müharibə yolu ilə həllini tapır. Paşinyan da hər çıxışında deyir ki, münaqişənin hərbi yolu yoxdur. Bu, o deməkdir ki, Ermənistanın hərbi gücü yoxdur, zəifdir. İkincisi, mən fikirlə razı deyləm ki, bütün münaqişələr sülhlə yekunlaşır.
Bütün münaqişələr, müharibələr son nəticədə bir qaliblə, bir məğlubla yekunlaşır. Ona görə də qaliblə məğlub oturub sülh müqaviləsi imzalamır, qalib məğlubu sülh müqaviləsi imzalamağa məcbur edir. Ona görə də terminologiya düzgün deyilməlidir. Bu gün şanlı Azərbaycan Ordusunun atdığı rəşadətli addımlar Ermənistanı sülhə məcbur edəcək. Daha bir terminologiya yaxşı olar ki, düzgün deyilsin. Bilirsiniz ki, dövlətləarası münasibətlərdə müttəfiqlik, düşmənçilik, neytrallıq münasibətləri və strateji tərəfdaşlıq münasibətləri var. Hesab edirəm ki, müharibə dövründə starteji tərəfdaşlıq münasibəti məsələsi başa düşülən deyil.
Müharibə gedir və dövlət olaraq mövqeyini bildirməlisən-ya mənim müttəfiqim, ya düşmənim olduğunu, ya da neytral qaldığını rəsməın bəyan et. “Strateji tərəfdaşıq” deməklə nəyi demək istəyirsən?! Müttəfiq deyilsənsə, düşmən də deyilsənsə onda neytral qal. Kimlər də işğalçı Ermənistana yaxınlıq edirlərsə, konkret düşmən sifətlərini ortaya qoysunlar, gizlənməsinlər, “strateji tərəfdaşıq” deyib bu pərdə altında gizlənməsinlər! Cənab Prezident İlham Əliyev də bəyan etdi ki, bu gün öz dostlarımızı da, düşmənlərimizi də bir daha yaxşı tanıdıq. Cənab Prezidentin bu qətiyyətli mövqeyi bu gün ordumuzda çox böyük ruh yüksəkliyinə səbəb olub.
Azərbaycan ordusu onun Ali Baş Komandanının qətiyyətli, prinsipial Komandan olduğunu görür və ruhlanır".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar