Xəbər lenti
21-11-2020, 11:34

 
Ölkə başçısı İlham Əliyev və I Vitse-prezident Mehriban Əliyevanın Xudafərin körpüsünü ziyarəti zamanı ciddi skandal yaşandığı iddia olunur.
 
Ovqat.com xəbər verir ki, guya, İran İslam İnqilabı Keşikçiləri korpusu öz sosila media hesablarında Prezident İlham Əliyevi snayper nişangahına alınan şəklini paylaşıb. 
 
Bununla sanki Azərbaycana “vura bilərik” mesajı verilib.
 
Xəbər Türkiyə mediasında ciddi əks-səda doğurub. 
 


Ovqat.com-un araşdırmalarından aydın olub ki, əslində bu, erməni təxribatının məhsuludur. Məqsəd İranla Azərbaycan arasına ixtilaf salmağa qulluq edir.
 
Bildirildiyinə görə, bu primitiv yalanın ilk mənbəyi "MiranPress" adlı Telegram səhifəsidir. İran mediası kimi təqdim olunan səhifənin əsalində Ermənistanda yaradıldığı iddia edilir.
 
Kanalın yaradıcısı və müəllifi Tatul Gegamyandır. MiranPress kanalı sentyabrın 28-də, İkinci Qarabağ Müharibəsi başlayan günün ertəsi yaradılıb.
 
Kanalı işlədən Tatul Varazadoviç Gegamyan İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakultəsinin 4-cü kurs tələbəsidir və fars dilində bildiyi üçün bu təxribatçı “xəbəri” paylaşmaq onun üçün çətin olmayıb. 



Ana səhifəyə qayıt        Baxış: 5 695          Tarix: 18-11-2020, 11:50      


Paylaş: