Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Bir qrup şəhid ailəsi övladının nəşinin yol kənarında dəfn edilməsinə etiraz edir.
Bir qrup hərbçi müharibədən sonra mükafatsızlıqdan şikayətlənir.
Və maliyəsi bəlli yerlərdən gələn mühacir KIV-lər navalçaları əldə, döşəyirlər dövlətin "qabırğasına".
Öz aramızdır, dövlət neynəsin axı? Neynəsin ki, işini görməyən böyük bir dəstə var ölkədə. Daha doğrusu, bəlkə də elə işlərini görürlər. Dövlət, ordu, xalq münasitlərində çat yaradırlar.
Dövlətin bölgə-bölgə, rayon-rayon ordu bölmələri, dövlət qurumları varmı - var?!
İcra hakimiyyəti orqanları necə, varmı var.
Ordunun və o icra qurumlarının müxtəlif xidmət bölmələri, şöbələri necə, varmı, var.
Bəs onlarda xidmət edən əsgər, zabit heyətinin siyahısı varmı, var.
Yaralı, qazi, şəhid, itkin siyahıları necə, əllərindədirmi, bəli.
Bu orduya, o icra orqanlarına Ali Baş Komandana qədər rəhbərlik, nəzarət edən dövlət qurumları necə, varmı, var.
Könüllü dəstələrə gələk. Hərbi komissarlıq nəyə dərmandır bəs?! Bilmirmi, nə qədər könüllüsü var dövlətin, çox əla bilir?!
Hamısının tabe olduğu və artıq PA -da əyləşən rəhbərləri necə, varmı, var?!
Şəhidin dəfninə və ailəsinin mükafatlandırılmasına nəzarət edənlər necə varmı, var?!
Dövlət mükafatına təqdimaq hazırlayanlar da mövcuddurmu, mövcuddur?!
İndi biri deyir filankəsi də, əsgərini də görməsin rəhbər. O biri deyir mən bunu qoyulacağı yerə "bajoğlunu yerləşdirəjəm axı", biri Allah, bilir nə düşünür. Nəticə o olur ki, ara qrışır, məzhəb itir. Demək olar əksəriyyət işini görmür. Bunu da boynuna almaq istəmir. Əziyyəti dövlət, xalq və əsgər çəkir.
Məsələn, şəhidin cənazəsini Fəxri Xiyabanda basdırıldı kimi sənədləşdirir, cənazəni yol qırağında basdırırlar. Oranı da hasarlayıb qulluq eləmək istəmirlər. O biri əlil qazi və ya qazi olur, bircə oktyabryat nişanı da ala bilmir, amma başqa biri on medalı birdən alır. Gözu yox, ayağı kəsik əlillik dərəcəsi almaq üçün sürünə-sürünə qalır əsgər. Düşünür ki, mən tünbətünə bu günə qalmaq lazım idimi?!
Təbii, dövlətin Prezidentin şəxsi nəzarəti ilə həyata keçirilən uğurlu işləri də var. Amma o nə qədər və niyə nəzarət eləsin ki?! Bəs sizin şəxsi vicdanınız, əxlaqınız, mənəviyyatınız hanı?
...Nə isə? Qayıdaq ora ki, yaxşı indi kim salır bu ikitirəliyi? Hansı standartla hazırlanır o mükafat siyahıları? Dövlətin nəhəng bir qalibiyyətinə niyə belə xələl gətirilir?
Məqsədiniz Azərbaycanı yıxmaqdırsa, deyin bilək?! Siz də Sorosun Mikroskop və Meduza balalarına işləyirsinizmi? Və ya işlədildiyinizin fərqindəsinizmi? Deyilsinizsə, olun!
Daha vacib bir məqam; həmin media quruluşlarının işləməsinə kim şərait yaradır Azərbaycanda? Bunu araşdırmaq da dövlətin müvafiq qurumlarının işidir deyə düşünürəm...
Ən vacibi, Azərbaycanın mənəm deyən media quruluşları niyə bu mövzulara toxunmur sualıdır?! Axı onlar toxunsalar hədəf Azərbaycan yox, başınabuyruq məmur olacaq. Bunundamı fərqində deyilsiniz?!
Dövləti ütülü xəbərlər, ədalətsiz mükafatlandırma siyahıları ilə yanıltmayın. Ordunu, xalqı, dövətı bir birindən "qırmaq" olmaz. Bu vətənə xəyanətdir!
Jalə Mütəllimova
05.01.2021
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar