Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Fotodakı 22 mərtəbəli əzəmətli bina "Azərsu" ASC-nin ofisidir. Tikintisinə 2013-cü ildə başlanıb. Layihəsinin ümumi dəyəri 120 milyon dollar olaraq açıqlanmışdı, sonrakı illərdə əlavə nə qədər pullar ayrılıb, onu bilmirəm.
"Azərsu" yarıtmaz idarəçiliyin hakim olduğu, zərərlə işləyən dövlət şirkətlərindən biridir. 2019-cu ili 592,488 milyon manat xalis zərərlə başa vurub. Bu, 2018-ci illə müqayisədə 23,4% çoxdur. Ümumilikdə səhmdar cəmiyyətin yığılmış zərəri 7 MİLYARD MANATa çatıb!
Görəsən, dünyanın harasında su idarəsinin belə möhtəşəm binası var? Bu dəbdəbə, bu təntənə nəyə, kimə lazımdır axı? Bu xalqın sərvəti niyə bu cür lazımsız işlərə sərf olundu və olunur? Niyə bu xalqın sərvəti biriləri tərəfindən hesabsız, kitabsız, dədə malı kimi rahat şəkildə xərclənir?..
Əslində suallar ritorikdir. Məsələnin mahiyyətini təhsil səviyyəsindən, savadından, intellektindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bilir. Rəhmətlik Tevfik Fikrətin sözləri burada yerinə düşür:
Verir zavallı memleket, verir ne varsa; malını,
Varlığını, hayatını, umudunu, hayalini,
Tüm olanca rahatını, olanca gönül balını,
Hemen yutun, düşünmeyin haramını, helalini…
Yiyin, efendiler yiyin; bu doyumsuz sofra sizin,
Doyuncaya, tıksırıncaya, çatlayıncaya kadar yiyin!
Şahin Cəfərli
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar