Xəbər lenti
27-11-2024, 19:25


 

Ermənistan baş naziri Nikol Paşinyanın Amerikanın “The Wall Street Journal” qəzetinə verdiyi müsahibənin Rusiyada doğurduğu əks-səda bitmək bilmir. Rusiyanın XİN-nin sözçüsü Mariya Zaxarovanın Paşinyana sərt cavab verməsindən sonra bu dəfə prezident Putinin mətbuat katibi Dmitri Peskov müsahibə ilə bağlı mövqeyini bildirib.

 

Ovqat.com-un məlumatına görə, Peskov jurnalistlərlə söhbətində Moskvanın İrəvandan baş nazirin “təhlükəsizlik sahəsində münasibətləri şaxələndirmək zərurəti” ilə bağlı sözlərinin izahını gözləyini vurğulayıb.

 

Xatırladaq ki, Paşinyan Amerikanın “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirmişdi ki, Qarabağda baş verənlər İrəvanı “təhlükəsizlik sahəsində münasibətlərin şaxələndirilməsi zərurətinə dair qərar qəbul etmək” dilleması qarşısında qoyub gətirib çıxarıb. O, həmçinin vurğulamışdı ki, “Rusiya hərbi bazalarının Ermənistan ərazisində qalmasında heç bir fayda görmür”.

 

Kremlin rəsmi nümayəndəsi Peskov isə qeyd edib ki, Kremldə hələ də “Paşinyanın nədən danışdığını dəqiq başa düşməyə çalışırlar”. 

 

“Erməni dostlarımızla söhbətdə biz bu məsələ ilə bağlı bütün məlumatları alacağımızı gözləyirik”, - deyə spiker qeyd edib.

 

Onun sözlərinə görə, “Rusiya və Ermənistanın qəzetlər, xüsusən də WSJ vasitəsilə əlaqə saxlaması yaxşı hal deyil”. Buna görə də Moskva “erməni dostları ilə söhbəti, dialoqu” davam etdirir. Peskov deyib ki, iki ölkənin gündəliyində “çox geniş mövzular” var.

 

Rusiya liderinin administrasiyası rəhbərinin müavini əlavə edib ki, Kreml Ermənistan və Azərbaycana “nəhayət sülh müqaviləsinin bağlanmasına” kömək etməyə çalışır. “Bu, regionda vəziyyəti sabitləşdirmək və bütün regionda daha müsbət, yaradıcı həyat səviyyəsinə nail olmaq üçün lazımdır”, - Peskov açıqlamasında bildirib. 

 




Ana səhifəyə qayıt        Baxış: 3 998          Tarix: 27-10-2023, 19:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma