Xəbər lenti


Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Fərid Əliyev saxlanılıb. Onun üzərindən 3 kiloqram marixuana aşkar edilib.

 

Ovqat.com-a DİN-dən verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən Eyvaz Ələsgərov da saxlanılıb. Həmin şəxsdən “Makarov” markalı tapança, 7 ədəd patron və daraq aşkar edilib.

 

Həmçinin, Şöbə əməkdaşlarının vətəndaşlar arasında apardıqları profilaktik söhbətlərlə ümumilikdə 11 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib. Əlavə tədbirlər zamanı istintaq orqanları tərəfindən axtarışda olan 11, mülki axtarışda olan 32 şəxs müəyyən edilib və barələrində qanunauyğun tədbirlər görülüb.




Ana səhifəyə qayıt        Baxış: 2 031          Tarix: 1-03-2024, 18:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma