Xəbər lenti


Dünən, martın 1-də Avropa İttifaqı Ukraynadan taxıl daşınması şərtlərinə əməl olunmasına nəzarəti gücləndirməyə qərar verib. Avropa Komissiyasının nəqliyyat üzrə komissarı Adina Valean bildirib ki, tədbirlər ədalətsiz rəqabəti aradan qaldırmaq və bütün Avropa İttifaqında iqtisadi inkişafa töhfə verən azad ticarəti dəstəkləmək məqsədi daşıyır.

 

Ovqat.com-un məlumatına görə, Avropada fermerlərin etirazları Ukraynanın artan rəqabəti, xüsusən də Aİ-nin Rusiya ilə müharibənin çətin vaxtında Ukraynaya dəstək üçün “həmrəylik dəhlizləri” tətbiq etməsindən və tarifləri ləğv etməsindən sonra yaranıb. 

 

Ukraynaya qonşu olan ölkələrin fermerləri bunun onların maraqlarına mənfi təsir etdiyini iddia edirlər.

 

Valean vurğulayıb ki, sərhədlərin bağlanması problemi həll etməyəcək, lakin razılaşmalara düzgün riayət edilməlidir. Onun sözlərinə görə, Aİ daşıyıcıların sazişlərin şərtlərini pozmaması, xüsusən də yalnız icazəli əməliyyatlar həyata keçirməsi və tranzit hüququna malik olması üçün çalışacaq.

 

Fermerlərin narazılığını aradan qaldırmaqla yanaşı, Ukraynadan taxıl ixracına nəzarətin gücləndirilməsi Aİ ölkələrinin xeyrinə ola bilər. Xüsusilə, Polşa, Rumıniya və Slovakiyadan avtomobil nəqliyyatı ilə Ukraynaya malların ixracı əhəmiyyətli dərəcədə artaraq, Ukraynadan bu ölkələrə idxalın həcmini üstələyib. Bu, Aİ ilə Ukrayna arasında iqtisadi əlaqələrin gücləndirilməsi və ticarətin inkişafı potensialını nümayiş etdirir ki, bu da hər iki tərəfə fayda verir.

 

Polşalı populist fermerlərin Ukrayna məhsullarına qarşı uzunmüddətli etirazları hər iki ölkənin iqtisadiyyatının durğunluğuna gətirib çıxarır. Eyni zamanda, Ukraynanın kənd təsərrüfatı sektorunun Polşadan təcrid olunması Rusiya və Belarusa qapı açır. Ruslar vəziyyətdən öz mənfəətləri üçün istifadə edir, idxal üçün Ukrayna məhsullarını özlərininki ilə əvəzləyirlər.

 

“Ukrayskaya Pravda”nin məlumatına görə, Polşa Belarus və Rusiyadan kənd təsərrüfatı məhsullarının idxalını xeyli artırıb. Ötən il Belarusdan idxal 450 milyon dollar, Rusiyadan isə 2,6 milyard dollar təşkil edib ki, bunun da yarısı yanacaq idxalı olub.

 




Ana səhifəyə qayıt        Baxış: 3 593          Tarix: 2-03-2024, 10:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma