Xəbər lenti


Azərbaycan “Maarifçi Qadınlar” İB 7-8-10 iyul 2024-cü il tarixlərində "Türkiyədə təhsildən kənar qalan azərbaycanlı məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi" adlı layihəsinin icrası ilə bağlı tədbir keçirib.

 

Ovqat.com-un məlumatına görə, tədbir "Azərbaycan Eğitim, Kültür ve Sosyal Dayanışma" təşkilatının binasında Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin (QHTA) maliyyə dəstəyi ilə düzənlənib.

 

Tədbir çərçivəsindən İstanbul şəhərinin Bayrampaşa rayonunun Kocatepe, Eyüpsultan rayonunun Rami və Güngören rayonunun qəsəbələrində yaşayan azərbaycanlılar üçün maarifləndirici seminarlar təşkil olunub.

 

Seminarlarda İstanbulda yaşayan valideynlər, təşkilat rəhbərləri, ziyalılar, tələbələr və müəllimlər, eyni zamanda  "Maarifçi Qadınlar" İctimai Birliyinin sədri Ş. Məmmədova, layihə rəhbəri Aynur Misirova, İstanbul Azərbaycan Kültür Evi Dərnəyi başqanı Hikmət Elp və digər təşkilat rəhbərləri çıxış ediblər.






Ana səhifəyə qayıt        Baxış: 3 588          Tarix: 13-07-2024, 08:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma