Xəbər lenti
 
Azərbaycanın Nyu-yorkdakı səfirliyinin I katibinin həyat yoldaşı oğurluq üstündə yaxalanıb.
Ovqat.com xəbər verir ki, bu məlumatı ABŞ  mətbu orqanlarından “Daily News” yayıb. 
Nəşrin məlumatına görə, səfir Fərid Cəbrayilovun yoldaşı Mehriban Cəbrayılova “Marshalls”  mağazasından oğurluq edirmiş. Onun uşaq arabasından istifadə edərək 188.88 dollarlıq mal oğurladığı iddia olunur.
Maraqlıdır ki, Mehriban Cəbrayılova yaxalanarkən diplomatik toxunulmazlığının olduğunu bildirib. Doğrudan da səfirlərlə yanaşı, onların həyat yoldaşları da toxunulmazlıq status alırlar. Cəbrayılovanın diplomatik  toxunulmazlığı yoxlanıldıqdan sonra sərbəst buraxıldığı xəbər verilir.
Qəzet bildirir ki, səfir Fərid Cəbrayılov xəbəri eşidəndə əvvəl narahat olaraq bunun mümkün olmadığını desə də, faktla tanış olduqdan sonra “mən bunu bilmirdim” deyə üzr istəyib.
“Marshalls” mağazalar qrupunun rəhbərliyi isə hadisə ilə bağlı qəzetə açıqlama vermək istəməyib.

Səfirin yoldaşının cəzalanma ehtimalı da istisna deyil. Hər halda “Daily News”-in yazdığından belə çıxır. Qəzet iddia edir ki, diplomatın həyat yoldaşlarının əməllərinə hüquqi qiymət vermək məqsədilə onun diplomatik toxunulmazlığının ləğvi üçün Dövlət Departamentinə müraciət edilə bilər.


Ana səhifəyə qayıt        Baxış: 3 254          Tarix: 27-04-2017, 11:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma