"Azərbaycan hakimiyyəti Avropa Şurası ilə münasibətlərinin pisləşməsində AŞ-nın Baş Katibi cənab Yaqlandı günahlandırır. Hakimiyyətin nəzərinə çatdırmaq istəyirəm ki, Azərbaycanın AŞ-dan çıxarılma sanksiyası ilə bağlı qərarı Baş Katib Yaqland deyil, AŞ-nın üzvü olan 46 ölkənin təmsilçiləri verib".
Bu sözləri ReAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov deyir. Məktubu ReAL İH-nin üzvü, hüquqşünas Xalid Bağırov "Facebook"da yayıb.
ReAL sədri bildirib ki, son 16 il ərzində Azərbaycan hakimiyyəti bu ölkələrlə doğru-dürüst münasibət qura bilməyib:
"Çünki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın AŞ-dan çıxarılacağı ilə bağlı mövzu bu gün gündəmə çevrilib. Azərbaycanın Avropa Şurasından çıxarılması ilə ölkəmizə dəyəcək ziyan, ilk növbədə, ondan ibarət olacaq ki, bunun ardınca Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına start verilə bilər".
Paylaş: