Xəbər lenti

 

“16 oktyabrda Həşdi Şabi və İraq ordusunun başlatdığı hərbi əməliyyatlardan sonra təkcə Kərkükdən və Səlahəddin vilayətinə bağlı Tuzxurmatudan, təxminən, 120 min vətəndaş köçüb”

Ovqat.com xəbər verir ki, İraqın Köç və Köçkünlər Nazirliyinin bu gün yaydığı yazılı açıqlamada belə deyilir.

Nazirliyin bildirdiyinə görə, köçlər əsasən Ərbil və Süleymaniyyəyə olub. Ümumilikdə isə 169 min adamın didərgin düşdüyü təxmin edilir.

Qeyd edək ki, istər Kərkük, istərsə də Tuzxurmatu 2014-cü ilə qədər əsasən türkmənlərin yaşadığı ərazi olaraq tanınırdı və həmin ilin yay aylarında ölkədəki qarışıqlıqdan istifadə edən Şimali İraq Muxtariyyəti bu şəhərlərə kürd ailələrini yerləşdirmiş, beləcə, həmin ərazilərin əhalisinin etknik tərkibini dəyişdirmişdilər. Bəzi məlumatlara görə, təkcə Kərkükə 600 min kürd ailəsi köçürülmüşdü. Halbuki, hər iki şəhər inzibati ərazi olaraq Şimali İraq Muxtariyyətinə aid deyildi. Rəsmi Ərbil isə ilhaq etdiyi coğrafiyaları muxtariyyət sərhədlərinə qatdığını elan edirdi. Bağdadın bütün etirazlarına baxmayaraq, müstəqillik referendumu bu şəhərlərdə də keçirilməsi ilhaq niyyətinin ən bariz sübutudur.

Zorla kürdləşdirilməyə çalışılan bu yerlərin İraq Silahlı Qüvvələri tərəfindən alınmasından sonra gəlmə kürdlərin həmin coğrafiyada yaşamaq şansları yox idi. Görünür, başqasının ata-baba yurdlarını qəsb edən gəlmələrdən bəziləri suçluluq duyğusunun gətirdiyi zəiflik üzündən məskunlaşdıqları yerləri qoyub qaçmaq məcburiyyətində qalıblar. Bununla belə, Kərkük və Tuzxurmatuda qaçanlardan daha çox qalanların olduğu da ortadadır. Odur ki, bir müddətdən sonra mülk mübahisələrinin ciddi qarşıdurmalara səbəb olacağı gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 855          Tarix: 22-10-2017, 00:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma