“Türkiyə, Rusiya və İranın Suriyada qurmağı planlaşdırdığı “etibarlı bölgələr” Suriyanı parçalayacaq”.
Ovqat.com xəbər verir ki, bu ehtimalı İngiltərənin “Times” qəzeti dilə gətirib.
"Ərdoğan və Putin “etibarlı bölgələr”lə Suriyanı parçalayacaq" başlığı daşıyan yazını qəzetin Yaxın Şərq müxbiri Richard Spencer qələmə alıb.
"Türk əsgərləri irəliləyə bilər"
Qəzetə məsələylə bağlı mövqeyini bildirən mənbə əldə edilən razılaşmadan sonra Türkiyə əsgərlərinin müxaliflərin idarəsindəki bölgələrdə təhlükəsizliyi təmin etmək və əl-Qaidə ilə əlaqəli qrupları bölgədən uzaqlaşdırmaq üçün Suriyanın cənub-Qərbinə doğru irəliləyəcəyini söyləyib:
"Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün böyük bir riskdir. Ancaq əldə edilən razılaşma müvəqqəti bir həll yolunun təminatçısı kimi xarici qüvvələrin ilk dəfə bir hədəfi reallaşdırmaq uğruna risk edəcəkləri mənasına gələcək.
Rus gücləri isə Suriya Dövlət Başçısı Bəşər Əsədi dəstəkləyir. Rusiyanın Suriyadakı xüsusi nümayəndəsi də ölkəyə müşahidəçi statusuyla daha çox əsgərin göndərilə biləcəyini etiraf edib."
"Türkiyə İdlibi işğal edəcək"
Mülki müxalifətin lider qanadına yaxın mənbə açıqlamasını belə davam etdirib: "Əsl əhəmiyyətli olan Türkiyənin də bu təşəbbüsdə iştirak etməsidir. Türkiyə İdlibi işğal edəcək, orada təhlükəsiz bölgə meydana gətirəcək və əl-Qaidəni bölgədən püskürdəcək".
Qəzetin bu məlumatı Ərdoğan və Putinin Soçi görüşündən sonra dərc etməsi diqqətçəkicidir. Zira həmin görüşdə əsasən Suriya məsələsinin müzakirə olunacağı əvvəlcədən bilinirdi və görüşdən sonra hər iki lider bütün məsələlərdə ümumi razılığa gəldiklərini etiraf etmişdilər.
“Times”-in xəbərinə inansaq, onların ortaq məxrəcə gəldiyi başlıca məsələ İdlibin Türkiyənin nəzarətinə verilməsidir.
Qeyd edək ki, İbdilib Suriyanın müxtəlif bölgələrindən, xüsusilə də Hələbdən Rusiya və Bəşər Əsəd ordusu tərəfindən sıxışıdırılıb çıxarılan silahlı müxaliflərin əsas toplandığı bölgə kimi tanınır. Müxaliflərin sünni olduğunu nəzərə alsaq, onların türk nəzarətinə verilməsi başadüşüləndir.
Paylaş: