Xəbər lenti

 

İsrail Baş naziri Binyamin Netanyahu bu gün getdiyi Brüsseldən Tel-əvivə  əliboş qayıdıb.

Ovqat.com xəbər verir ki, Netanyahunu Brüsseldə umduğu kimi qarşılamayıblar. Son 22 ildə ilk dəfə İsrail Baş naziri Avropa İttifaqı ölkələrinə səfər etsə də, o, Xarici İşlər Nazirliyi səviyyəsində qarşılanıb – Netanyahunun qabağına Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti ali nümayəndəsi Federika Mogherini çıxıb.

Netanyahunun Brüsseldə soyuq duşla qarşılanması yalnız bununla da bitməyib. Məlumata görə, Federika Mogherini Netanyahu ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında dilə gətirdiyi bəzi fikirlərlə Baş naziri əməlli-başlı aşağılayıb. Onun Qüdsü İsrailin paytaxtı kimi tanınması arzusunu şərh edən xanım diplomat deyib: "Netanyahu bu gözləntilərini başka ölkələrə saxlasın. Aİ bu yöndə addım atmayacaq".

Mogherini mətbuat konfransında onu da qeyd edib ki, Aİ-yə daxil olan bütün dövlətlərin Xarici İşlər nazirləri Netanyahuya Qüdsün yalnız iki ölkənin paytaxtı olmasını təmin edəcək həll modellərini dəstəkləyəcəklərini açıq şəkildə bildiriblər.

Qeyd olunur ki, Xarici İşlər nazirləriylə görüşdən kor-peşman ayrılan Baş nazir Aİ-nin prezidenti (Avropa Komissiyasının başçısı) Jean-Claude Junckerlə görüşmədən İsrailə qayıtmağa qərar verib.

Halbuki, İsrail Baş naziri Brüsselə böyük ümidlərlə getmişdi. 

Səfər öncəsi verdiyi açıqlamasında Netanyahu ABŞ-dan sonra Avropa ölkələrinin də səfirliklərini Qüdsə köçürəcəklərinə əmin olduğunu bildirir və bu məqsədlə Brüsselə getdiyini etiraf edirdi.




Ana səhifəyə qayıt        Baxış: 2 399          Tarix: 11-12-2017, 22:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma