Xəbər lenti

  

ABŞ mərkəzli “Bloomberg” kanalı hər il dərc etdiyi bədbin proqnozlarına bu dəfə növbəti 10 il ərzində dünyanı gözləyən ən böyük təhlükələrə yer ayırıb.

Ovqat.com ehtimal olunan həmin proqnozları təqdim edir:

 

  1. Şimali Koreya hücum edir: Şimali Koreyanın atdığı raket ABŞ-ın 35 kilometr uzağına düşsə də Trampın tələbilə Çin Şimali Koreya sərhədini bağlayır. Şimali Koreya Kim Jongun anidən ürəyində yaranan nasazlığa məğlub olduğunu və ölkənin yeni kukla liderinin nüvə proqramdan imtina etdiyini bildirir. Trampla arası yaxşı olan Çin Tayvanı tamamilə ilhaq edir, Yaponiya nüvə silah alır və Asiyada yeni bir silahlanma yarışı başlayır.
  2. Nəsillərarası qarşıdurma Avropanı dağıdır: Fransada pensiyaçılar Makrona qarşı üsyan bayrağı qaldırarkən, İtaliyanın 50 yaşdan yuxarı seçicilır Berluskonini yenidən hakimiyyətə gətirir. İşləyən əhalinin azlığından pensiya fondlarını ödəməyən Portuqaliya, İtaliya, İspaniya və Yunanıstanı böhrana sürükləyir. İngiltərədə Korbinin (İngiltərə İşçi Partiyasının sədri. Son parlament seçkilərində qələbə qazandı) etdiyini fransız solu da həyata keçirir. Gənc işsizlərin nisbəti qitədə 50%-ə tapır. Aşağı doğum səviyyəsi və erkən pensiya Avropanın belini bükür.

  

  1. Yalan İnformasiyalar: Sosial mediada dolaşan yalan informasiyalar ictimai rəyi istiqamətləndirməyə başlayır. Prezident Kimmel (hazırda şou proqramı aparıcısıdır) Google-Facebook-Twitter kimi nəhənglərlə müzakirələrə başlayır, texnologiya şirkətləri yalan xəbərləri təmizləmək üçün robotlardan istifadə etsə də, bunun qarşısını almaq imkansız hala gəlir. Dünya ictimaiyyəti bölünür və dövlətlər yalan xəbərlərdən kəşfiyyat silahı kimi istifadə edirlər.
  2. Bitkoin bankların yerini tutur: Kiber hücumlar Amerika bank sisteminə zərər verincə, qiyməti hər gün sürətlə artan virtual pul vahidi Bitkoin bir anda 40 min dollar olur. Venezuela və Yunanıstan kimi iqtisadi böhran içində çabalayan ölkələrlə Afrika ölkələrinin Bitcoini qəbul etməsilə qiyməti 100 min dolları, Əlibaba kimi internet satış nəhənginin öz pul vahidini yaratması ilə qiyməti 1 milyon dollara yüksəlir. Dünyadakı maliyyə sistemdə geri dönülmeyecek dəyişikliklər meydana gəlir. 
  3. Korbin sosializmi yenidən ayağa qaldırır: Böyük Britaniyanın Avropa İttifaqından çıxma müzakirələri Baş nazir Teresa Mayın məğlubiyyəti ilə nəticələnir və sosialist Ceremi Korbin, Birləşmiş Krallığın başına keçir. Sürətlə Aİ-dan çıxan Korbin borclanma vergilərini artıraraq çıxış xərcini fonlamak istəyir. Sosializm təkrar cazibədar bir hala gəlir, Korbin yenə seçilir, amma borcları ödəmə vaxtı gəldikdə İngiltərə çətin vəziyyətə düşüb, BVF-dən kömək istəyəcək nöqtəyə qədər zəifləyir.
  4. Çin iqtisadi müharibəyə başlayır: Tarixin ən qüvvətli tufanı Çini vuranda prezident Xi Cinping dünya ölkələrinə, xüsusilə ABŞ-a iqlim dəyişikliyi müqavilələrinə riayətetmə təzyiqinə başlar. Çin ABŞ-ı iqlim dəyişikliyi sazişinə riayət etməyi inandırmağa çalışdığı bir zamanda Rusiya müqavilədən çəkilir. Çin müqaviləyə əml etməyən ölkə və şirkətlərə iqtisadi sanksiyalar tətbiq edər. 
  5. Elektrikli avtomobillər neft dövrünü sona çatdırır: Batareya texnologiyalarının inkişafı səbəbiylə ucuz elektrikli maşınlar istehsalı başlayır və neft qiymətləri aşağı düşər. Ər-Riyad və Moskva iqtisadi böhranla üzləşə, neft qiymətləri 20 dollara qədər enə bilər. Rusiyada üsyanlar baş qaldırır. Səudiyyə Ərəbistanda iqtisadi böhran və siyasi qeyri-sabitlik başlayır. Neft 10 dollara düşəndə isə Putin siyasətdən təqaüdə ayrılır. OPEK dağılır, Səudiyyə Ərəbistanının yeni NEOM (Səudiyyə şahzadəsi bu şəhərin inşa layihəsinə 500 milyard dollar ayırıb) şəhəri quma batmış bir tikinti sahəsinə çevrilir.
  6. Tramp ikinci dəfə seçilir: Demokratların bölünməsindən istifadə edən Tramp ikinci dəfə seçilir. Səhiyyə sığortası qanununu çıxara bilməyən Trampın ikinci hakimiyyəti dövründə iqtisadi böhran başlayır, birja çökür və ABŞ dərin bir tənəzzülə girir. 2024-ci ildə isə məşhur şou proqramının aparıcısı Cimmi Kimmel prezident seçilir.



Ana səhifəyə qayıt        Baxış: 744          Tarix: 20-12-2017, 14:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma