Xəbər lenti

 

“Rusiyadan iki havadanmüdafiə sistemi, 4 ədəd batareya almışıq. Bununla bağlı müqavilədə nəzərdə tutulan hər şey təmin olunub”.

Ovqat.com xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Nurəddin Canik Rusiya müdafiə sənayesi şirkəti “Rostex”-in rəhbəri Sergey Çemezovun fikirlərini şərh edərkən deyib.

Qeyd edək ki, Sergey Çemezov dünən mətbuata açıqlama verərək, Türkiyənin Rusiyadan S-400 batareyaları almaq müzakirələrinin sona çatdığını; 2.5 milyard dollara 4 ədəd batareya aldığını bildirmişdi. Onun sözlərinə görə, bu sifariş 2019-2020-ci illər arasında yerinə yetiriləcək.

İmzalanan anlaşmanın ən çox maraq oyandıran məqamına – finans məsələsinə də toxunan Çemezov nəzərdə tutulan miqdarın 45%-nin nəqd, 55%-nin isə Rusiyanın verdiyi kredit hesabına ödənəcəyini bildirmişdi.

Türkiyənin Milli Müdafiə naziri bu xəbəri də doğrulayıb. Onun fikrincə, tərəflər arasında indiyədək tıxaca dirənən məsələ ödəmə şəkli ilə əlaqədar imiş. Batareyaların dəyərinin nəqd, yoxsa kreditlə ödənəcəyi mövzusu xeyli müzakirə olunduqdan sonra hər iki variant arasında seçim edilib - bir hissəsi nəqd, bir hissəsi isə kreditlə ödənəcək.

Türkiyənin Rusiyadan S-400 almaq istəyi NATO müttəfiqləri tərəfindən süngüylə qarşılanır. Xüsusilə, ABŞ bu məsələdə güzəştə getmək istəmir, müttəfiqinin bu təşəbbüsünə sərt reaksiyalar verir. Ankaranın son qərarının müttəfiqlər arasında daha ciddi gərginliklərə yol açacağı güman olunur.




Ana səhifəyə qayıt        Baxış: 1 121          Tarix: 28-12-2017, 08:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma