Ağciyər İnstitutu barədə qələmə aldığımız araşdırma yazısı ciddi ajiotaja səbəb olub.
Səhiyyə Nazirliyindəki qaynaqlardan Ovqat.com-a ötürülən məlumata görə, İnstitutun direktoru Həqiqət Qədirova bu gün nazirin qəbulunda olub.
Hazırda məzuniyyətdə olan direktorun belə tələm-tələsik nazirin qapısını döyməsi isə son zamanlar mətbu orqanlarda dərc olunan yazılar imiş.
Bildirilir ki, direktor nazirə bir qrup həkimin institutda təxribatla məşğul olduğunu məruzə edib. O, həmin narazıların mətbu orqanlara məlumat sızdırmasından gileylənib və xüsusilə Ovqat.com-da dünən yayınladığımız “Ağciyər İnstitutunda budama əməliyyatında Oqtay Şirəliyev faktoru: Gənc kadrlar niyə hədəfdədir?” sərlövhəli məqaləni misal gətirib.
Direktorun fikirlərini dinləyən nazir dərhal həmin təxribatçı qrupu işdən azad etmək göstərişi verib.
Məlumata görə, bu dəqiqələrdə Ağciyər İnstitutunda Elmi Şura toplanıb və “asiləri” işdən azad etmək üçün lazımi sənədlər hazırlanır.
Qeyd edək ki, Həqiqət Qədirova direktor təyin olunduğu 10 aydan bəri, bu tibb ocağındakı gənc kadrlar işdən çıxarılır. Özlərinin haqsız yerə işdən çıxarıldığını iddia edən həkimlər isə problemlərini mətbu orqanlar vasitəsilə ölkə rəhbərliyinin diqqətinə çatdırmağa çalışırlar.
Onların iddialarına görə, Həqiqət xanım bu gücünü nazirlə tələbə yoldaşı olmaqdan alır.
Paylaş: