Xəbər lenti

 

Niderland Xarici İşlər Nazirliyi Türkiyədəki səfirini geri çağırıb.

Ovqat.com xəbər verir ki, bu məlumat Nazirliyin bu gün yaydığı açıqlamasında bildirilib.

Açıqlamada həmçinin qeyd olunub ki, Türkiyənin də Hollandiyaya yeni səfir təyinatı qəbul edilməyəcək.

 Bu addımın 2017-ci ilin mart ayında Hollandiya və Türkiyə arasında yaşanan böhranla əlaqəli olduğu vurğulanıb.

Xatırladaq ki, həmin vaxt Türkiyədə prezident səlahiyyətləri ilə bağlı referendum keçirilir və Hollandiya bu siyasi aksiyanın təbliğatının öz ölkələrinə gətirilməsini istəmirdi. Türkiyənin Ailə naziri Fatma Betül Sayan Qaya bu xəbərdarlıqlara əhəmiyyət vermədən Hollandiya səfər etmişdi. Hollandiya hökuməti isə Türkiyə nazirini sərhədlərindən içəri buraxmayaraq, geri göndərmişdi. Beləcə, iki dövlət arasında kəskin mübahisələr başlamış və böhrana səbəb olmuşdu.

Hər şey geridə qaldığı bir vaxtda Hollandiya hökumətinin yenidən eyni böhranı körükləməsi maraq doğurur.




Ana səhifəyə qayıt        Baxış: 622          Tarix: 5-02-2018, 15:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma