Xəbər lenti

 

Bu gün Gələcək Azərbaycan Partiyasının Ali Məclisinin növbədənkənar sessiyası keçirilmişdir.

Növbədənkənar sessiyada 11 aprel 2018-ci il tarixinə elan edilmiş prezident seçkiləri ilə bağlı geniş müzakirələr aparılmışdır. Geniş təşkil edilmiş müzakirələrin sonu olaraq Gələcək Azərbaycan Partiyası qəti olaraq 11 aprel 2018-ci il tarixində təşkil ediləcək seçki şousunda iştirak etməmək haqqında qərar qəbul etmişdir. Toplantının sonunda partiya adından bəyanat qəbul edilmişdir.

Bəyanatda deyilir:

Gələcək Azərbaycan Partiyası olaraq hesab edirik ki, mövcud rəqabətsiz şəraitdə, eyni zamanda seçkilərin bəri-başdan total saxtakarlıqla keçəcəyini bilə-bilə məlum şouda iştirak etmək Azərbaycan xalqına qarşı açıq xəyanət olardı. Bu səbəbdən nəticələri öncədən bilinən "seçkilərdə" iştirak etməkdən imtina edir, Azərbaycan cəmiyyətini məlum seçki-şousunu aktiv formada boykot etməyə çağırırıq.

Eyni zamanda demokratik qüvvələrə də buradan səslənərək xırda hisslərlə yaşamamağı, şəxsi münasibətləri kənara qoyaraq Azərbaycanın gələcəyi naminə məlum "seçkiləri" hakimiyyətin rahat keçirtməsinə şərait yaratmamaq naminə birliyə, birgə mübarizəyə çağırırıq!

Son olaraq Gələcək Azərbaycan Partiyası olaraq açıq formada bəyan edirik:

1. Seçkiləri boykot edən bütün siyasi qüvvələrin vahid sənəd halında öz boykot qərarlarını rəsmiləşdirməsinin;
2. Bütün boykot mövqeyi sərgiləyən siyasi qüvvələrin vahid hərəkətini tənzimləyən bir qurumun yaradılmasının və istək, hədəflərinin vahid formada elan edilməsinin;
3. Kütləvi etiraz aksiyalarının vahid komanda olaraq təşkil edilməsinin;
4. Seçki sonrası aparılacaq mübarizənin vahid formada təşkilinin tərəfdarı olduğumuzu bəyan edirik!

GAP Mətbuat Xidməti
09.02.2018




Ana səhifəyə qayıt        Baxış: 2 306          Tarix: 9-02-2018, 16:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma